Tenqri
Ana Səhifə
Siyasət

Azərbaycan Milli Məclisinin sədri Belarus Milli Məclisi Şurasının sədri ilə görüşüb

BAKI, Azərbaycan, 22 may. Milli Məclisin sədri Sahibə Qafarova Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB Parlament Assambleyasının 60-cı plenar iclası çərçivəsində Belarus Milli Məclisi Şurasının sədri Natalya Koçanova ilə görüşüb Görüşdə ölkələrimiz arasında dostluq və qarşılıqlı etimad p

0 baxıştrend.az
Azərbaycan Milli Məclisinin sədri Belarus Milli Məclisi Şurasının sədri ilə görüşüb
Paylaş:

BAKI, Azərbaycan, 22 may. Milli Məclisin sədri Sahibə Qafarova Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB Parlament Assambleyasının 60-cı plenar iclası çərçivəsində Belarus Milli Məclisi Şurasının sədri Natalya Koçanova ilə görüşüb Görüşdə ölkələrimiz arasında dostluq və qarşılıqlı etimad prinsiplərinə əsaslanan münasibətlərin bütün istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb. Dövlət başçılarının səmimi münasibətlərinin, yüksək səviyyəli qarşılıqlı səfərlərin, siyasi dialoqun Azərbaycan ilə Belarus arasında mövcud əməkdaşlığın yüksək səviyyədə olmasında mühüm rol oynadığı vurğulandı Söhbət zamanı tərəflər qanunverici orqanların ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərinləşməsinə verdiyi töhfələrdən də danışıb, parlamentlərarası əməkdaşlığın uğurla davam etdiyini bildiriblər. Qafarova Belarus Milli Assambleyasının Deputatlar Palatasının sədri İqor Sergeyenkonun bir neçə gün əvvəl Azərbaycana səfərini və tərəflər arasında keçirilən görüşü, həmçinin özünün Belarusa səfərlərini, habelə Natalya Koçanovanın Bakıya səfərlərini xatırladıb. O bildirib ki, parlament rəhbərlərinin və deputatların səfərləri qanunverici orqanlar arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir Bundan başqa, Azərbaycan və Belarus parlamentlərinin səmərəli ikitərəfli fəaliyyətlə yanaşı, beynəlxalq parlament təşkilatlarında, o cümlədən Parlamentlərarası Birlik, MDB Parlament Assambleyası və Asiya Parlament Assambleyasında da fəal əməkdaşlıq etdiyi vurğulanıb Koçanova ölkələrimiz arasında iqtisadi, ticarət, mədəni və digər sahələrdə əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğuladı və parlamentlərarası əlaqələrin bu əməkdaşlığın daha da genişlənməsinə töhfə verdiyini qeyd etdi Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb

Kaynak: trend.az

Diğer Haberler