Azərbaycan Milli Məclisinin sədri BMİ-nin qlobal konfransında iştirakını xüsusi qeyd edib
BAKI, Azərbaycan, 5 iyun. Milli Məclisin Sədri Sahibə Qafarova iyunun 2-də Serbiyanın paytaxtı Belqradda keçirilən Parlamentlərarası İttifaqın (PAİ) Qadın Parlamentarilərinin Qlobal Konfransında iştirakı barədə məlumat verib Xəbər verdiyimiz kimi, spiker iyunun 1-3-də Serbiyada işgüzar səfərdə olu

BAKI, Azərbaycan, 5 iyun. Milli Məclisin Sədri Sahibə Qafarova iyunun 2-də Serbiyanın paytaxtı Belqradda keçirilən Parlamentlərarası İttifaqın (PAİ) Qadın Parlamentarilərinin Qlobal Konfransında iştirakı barədə məlumat verib Xəbər verdiyimiz kimi, spiker iyunun 1-3-də Serbiyada işgüzar səfərdə olub. Səfərin məqsədi sözügedən konfransda iştirak etmək olub. Tədbir “Paritetə doğru irəliləyiş: gender stereotipləri və mənfi sosial normaların yaratdığı maneələrin aradan qaldırılması” mövzusuna həsr olunub Qafarova parlamentin bu gün keçirilən iclasında bildirib ki, konfransda çıxışı zamanı Azərbaycanda qadınlarla bağlı həyata keçirilən dövlət siyasəti barədə iştirakçılara geniş məlumat verib. O, qadınların həyatın bütün sahələrində təmsilçiliyinin artırılması istiqamətində görülən işlərdən danışıb Spiker Azərbaycan parlamentində qadınların təmsil olunması və parlamentin fəaliyyətində qadın deputatların iştirakı ilə bağlı faktları da diqqətə çatdırıb O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamların, milli fəaliyyət planlarının və dövlət proqramlarının qadınlara dəstək mexanizmlərinin hazırlanmasında və gender bərabərliyi prinsiplərinin gücləndirilməsində rolunu xüsusi qeyd edib "Çıxışımda digər məsələlərlə yanaşı qeyd etdim ki, real gender bərabərliyinə nail olmaq təkcə qanunvericiliyin təkmilləşdirilməsindən asılı deyil. İctimai şüurda dərin və əsaslı dəyişikliklər baş verməlidir. Hüquq bərabərliyinə nail olmaq yolunda ən böyük problem gender stereotipləri və qadınların imkanlarını məhdudlaşdıran mənfi sosial normalardır", - o qeyd edib Qafarova konfrans çərçivəsində keçirilən tədbirlərdə nümayəndə heyətinin tərkibində olan azərbaycanlı deputatların fəal iştirak etdiyini vurğulayıb Spiker qeyd edib ki, səfər çərçivəsində o, Parlamentlərarası İttifaqın və ATƏT Parlament Assambleyasının prezidentləri, o cümlədən Parlamentlərarası İttifaqın yeni seçilmiş baş katibi, vitse-prezident, İcraiyyə Komitəsinin üzvü və Parlament Aparatının sədri, eləcə də Milli Məclisin Qadınlar Forumu Bürosunun sədri ilə ümumilikdə 9 görüş keçirib. və Zimbabve, Mərakeş və Mavritaniya parlamentlərinin sədr müavinləri "Görüşlərdə beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq, o cümlədən qanunverici orqanlar arasında ikitərəfli əməkdaşlıq müzakirə olunub. Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb", - Qafarova bildirib O, həmçinin qeyd edib ki, səfər zamanı nümayəndə heyəti Belqradın Tasmazdan parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər
Diğer Haberler

XİN: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır

Nazir: Xəzərin səviyyəsinin azalması regionun ekosisteminə mənfi təsir göstərir
