Tenqri
Ana Səhifə
Siyasət

Milli Məclisin sədri MDB PA-nın 60-cı plenar iclasında çıxış edib

BAKI, Azərbaycan, 22 may. Milli Məclisin Sədri Sahibə Qafarova bu gün Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərçivəsində MDB Parlamentlərarası Assambleyasının (MDB PA) 60-cı plenar iclasında çıxış edib. Bu barədə Trend ə parlamentdəki mənbə bildirib O, sessiyada çıxış edərək qanunveric

0 baxıştrend.az
Milli Məclisin sədri MDB PA-nın 60-cı plenar iclasında çıxış edib
Paylaş:

BAKI, Azərbaycan, 22 may. Milli Məclisin Sədri Sahibə Qafarova bu gün Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərçivəsində MDB Parlamentlərarası Assambleyasının (MDB PA) 60-cı plenar iclasında çıxış edib. Bu barədə Trend ə parlamentdəki mənbə bildirib O, sessiyada çıxış edərək qanunverici orqanlarımız arasında dialoqun və əməkdaşlığın inkişafında assambleyanın mühüm rolunu, eləcə də qarşılıqlı maraq doğuran geniş spektrli məsələlərin müzakirəsi platforması rolunu xüsusi vurğulayıb. Bu baxımdan M.Qafarova assambleyanın mütəmadi olaraq tədbirlərin, müşavirələrin, seminarların keçirilməsinin, yeni uğurlu ideya və təşəbbüslərinin həyata keçirilməsinin vacibliyini qeyd edib O, BMT-nin Ümumdünya Şəhər Forumunun Bakıda keçirilən 13-cü sessiyası barədə tədbir iştirakçılarına məlumat verərək qeyd edib ki, mayın 17-22-də Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhər Forumunun 13-cü sessiyası şəhərlərin davamlı inkişafı və urbanizasiya məsələlərinə həsr olunmuş ən nüfuzlu və qlobal beynəlxalq tədbirlərdən biridir. Qeyd olunub ki, Bakıda keçirilən 13-cü sessiya BMT-Habitat Proqramı tərəfindən indiyədək təşkil olunmuş ən irimiqyaslı sessiyadır və rekord sayda iştirakçı - 182 ölkədən 45 mindən çox iştirakçı qeydiyyatdan keçib Qafarova vurğulamışdır ki, bu sessiyanın Bakıda keçirilməsi Azərbaycanın icmaları və ölkələri vahid məqsəd ətrafında birləşdirmək bacarığının etirafını təsdiqləyir. Azərbaycan Prezidenti İlham Əliyevin forumun açılışında vurğuladığı kimi, “Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və həmişə Şərqlə Qərbin qovuşduğu məkan olub” Natiq qeyd edib ki, 13-cü sessiya çərçivəsində Parlamentlərarası Assambleyanın “Dağ yaşayış məntəqələrinin davamlı inkişafı” mövzusunda ayrıca tədbiri keçirilib. Diqqətə çatdırılıb ki, assambleyanın bu təşəbbüsü bir çox Birlik ölkələri üçün xüsusi əhəmiyyət kəsb edən dağlıq ərazilərin inkişafına diqqət yetirməyə, məzmunlu və konkret təcrübə mübadiləsi aparmağa imkan verib. Qeyd olunub ki, MDB ölkələri parlamentarilərinin bu müzakirələrdə fəal iştirakı sevindiricidir Qafarova qeyd edib ki, Parlamentlərarası Assambleya çoxtərəfli olmaqla yanaşı, həm də MDB parlamentləri arasında ikitərəfli əməkdaşlığın inkişafına töhfə verən platformadır. O, bir neçə gün əvvəl Özbəkistanın Buxara şəhərində MDB PA-dan olan digər həmkarları ilə birgə keçirilən II Asiya Qadınlar Forumunda iştirakını qeyd edib Spiker bildirib ki, iyun ayında Azərbaycan Milli Məclisi ilə Rusiya Federal Məclisi arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın növbəti 24-cü iclası keçiriləcək. O, həmçinin MDB PA-nın humanitar əməkdaşlığın gücləndirilməsinə yönəlmiş təşəbbüslərinin əhəmiyyətini qeyd edib O, çıxışında MDB PA-nın seçkilərlə bağlı monitorinq fəaliyyətini də xatırladıb və MDB PA-nın Demokratiyanın, Parlamentarizmin və Vətəndaşların Seçki Hüquqlarına əməl olunmasının İnkişafının Monitorinqi Beynəlxalq İnstitutunun təşkilatın bu fəaliyyətinin institusional dəstəyində rolunu qeyd edib Qafarova xatırladıb ki, 2025-ci il dekabrın 8-də Azərbaycan Milli Məclisinin və Beynəlxalq İnstitutun Bakı filialının birgə təşkilatçılığı ilə “Heydər Əliyev - suveren Azərbaycanın konstitusionalizminin və parlamentarizminin banisi” mövzusunda beynəlxalq konfrans keçirilib Konfrans Azərbaycan Konstitusiyasının 30 illiyinə və Azərbaycan Parlamentinin 107 illiyinə həsr olunub. Bu konfransda Birlik ölkələrinin parlamentariləri, MDB PA Şurası Katibliyinin rəhbərliyi, diplomatik korpusun, ali təhsil müəssisələrinin nümayəndələri, ekspertlər iştirak ediblər Bir müddət əvvəl, mayın əvvəlində MDB PA-nın Bakı bölməsinin inzibati binasında Demokratiyanın İnkişafının Monitorinqi Beynəlxalq İnstitutunun 20 illik yubileyinə həsr olunmuş “Beynəlxalq müşahidədə parlamentarilərin rolu” mövzusunda dəyirmi masa keçirilmişdir Natiq əlavə edib ki, MDB PA parlamentlər arasında müntəzəm qarşılıqlı fəaliyyət üçün səmərəli platforma rolunu inamla oynamaqda davam edir. O, assambleya çərçivəsində müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi və möhkəmləndirilməsi istiqamətində birgə səylərin gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib Trend İnformasiya Agentliyinin WhatsApp-da daha çox xəbərlərdən xəbərdar olun kanal

Kaynak: trend.az

Diğer Haberler