"SpaceX" 12-ci sınaq uçuşunda "Starship"i işə salıb
ABŞ-nin "SpaceX" şirkəti mayın 22-də 12-ci sınaq uçuşunda "Starship" kosmik gəmisinin prototipi ilə gücləndirici raket buraxıb "Report" xəbər verir ki, buraxılış "X" sosial şəbəkəsində yayımlanıb Raket ABŞ-nin şərq sahili vaxtı ilə saat 18:30-da (Bakı vaxtı ilə saat 02:30-da) Texas ştatındakı "Sta

ABŞ-nin "SpaceX" şirkəti mayın 22-də 12-ci sınaq uçuşunda "Starship" kosmik gəmisinin prototipi ilə gücləndirici raket buraxıb "Report" xəbər verir ki, buraxılış "X" sosial şəbəkəsində yayımlanıb Raket ABŞ-nin şərq sahili vaxtı ilə saat 18:30-da (Bakı vaxtı ilə saat 02:30-da) Texas ştatındakı "Starbase" kosmodromunun meydançasından atılıb. "Starship S39" "SpaceX"in üçüncü nəsil V3 raketlərinin ilk nümayəndəsi olub. Bu, tarixdə ən böyük raketdir: hündürlüyü 124 metr, çəkisi isə təxminən 8 min tondur. Uçuşun təxminən bir saat davam edəcəyi gözlənilir Şirkət bu müddət ərzində "Starlink" rabitə sisteminin 20 peyk simulyatorunu gəminin bölməsindən çıxarmağı və daha sonra iki əlavə peykdən istifadə edərək "Starship" istilikdən qoruyucu ekranı skan etməyi və vəziyyət barədə məlumatları yerdəki mütəxəssislərə ötürməyi planlaşdırır Bundan əlavə, "SpaceX" "Raptor" mühərriklərindən birini kosmosda yenidən işə salmaq niyyətindədir. Uçuş başa çatdıqdan sonra gəmi Hind okeanına gətirilməlidir Bu, "Starship"in cari ildə ilk sınaq buraxılışıdır. Əvvəlki start 2025-ci il oktyabrın ortalarında baş tutub Şirkətin planlarına görə, "Starship" sistemi Yer orbitinə pilotlu uçuşlar, peyklərin çıxarılması və Aya, Marsa və digər göy cisimlərinə missiyalar üçün istifadə ediləcək. Yenidən istifadə edilə bilən "Super Heavy" sürətləndiricisi və "Starship gəmisinin" şaquli eniş edə biləcəyi nəzərdə tutulur Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


