“Vəziyyət qənaətbəxşdir”: Azərbaycan Xarici İşlər Nazirliyi yaralı dənizçilərlə bağlı
Azərbaycanın Rusiyadakı səfirliyinin konsulluq şöbəsinin əməkdaşları hazırda Yeysk şəhərindədirlər və Azov dənizində yük gəmilərinə pilotsuz təyyarələrin hücumu nəticəsində xəsarət alan və xilas edilmiş Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərirlər. Bu barədə Azərbaycan Xarici İşlər Nazirl

Azərbaycanın Rusiyadakı səfirliyinin konsulluq şöbəsinin əməkdaşları hazırda Yeysk şəhərindədirlər və Azov dənizində yük gəmilərinə pilotsuz təyyarələrin hücumu nəticəsində xəsarət alan və xilas edilmiş Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərirlər. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb Yaralıların vəziyyətinin qənaətbəxş qiymətləndirilir, bəzilərinin tezliklə xəstəxanadan buraxıla biləcəyi qeyd edilir "Rusiya Federasiyasının müvafiq strukturları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri çərçivəsində həlak olanların şəxsiyyətinin müəyyən edilməsi və digər zəruri prosedurların həyata keçirilməsi davam etdirilir. Hazırda xilas edilmiş Azərbaycan vətəndaşları üçün sənədlərin hazırlanması, onlara qayıdış şəhadətnamələrinin verilməsi və ölkəyə qayıtmalarının təşkili istiqamətində işlər davam etdirilir. Azərbaycan Xarici İşlər Nazirliyi həlak olanların vəziyyətini xüsusi nəzarətdə saxlayır, həlak olanlarla bağlı aidiyyəti strukturların əlavə məlumatlandırmasını və əlaqələndirilməsini təmin edir. onların cəsədlərinin ölkəyə gətirilməsi daha sonra təmin ediləcək”, - deyə Azərbaycan XİN-in açıqlamasında bildirilir


