Sosial iş ixtisası üzrə təhsil alan tələbələrlə görüş təşkil edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində Sosial iş ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri üçün maarifləndirici görüş təşkil olunub Agentliyin İcti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində Sosial iş ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri üçün maarifləndirici görüş təşkil olunub Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin məqsədi tələbələrin nəzəri biliklərini praktik təcrübə ilə zənginləşdirmək, onları sosial xidmət sahəsinin aktual istiqamətləri ilə tanış etmək və gələcək peşə fəaliyyətlərinə hazırlıq prosesinə dəstək verməkdən ibarət olub Görüşdə Agentliyin fəaliyyəti, insan resurslarının idarə olunması, işə qəbul prosesləri, peşəkar inkişaf imkanları və sosial iş mütəxəssislərinin əmək bazarındakı rolu barədə tələbələrə ətraflı məlumat verilib Tədbirdə, həmçinin valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş sahəsində həyata keçirilən sosial xidmətlər, uşaqların müdafiəsi və rifahının təmin olunması sahəsində görülən işlərdən bəhs edilib İnteraktiv formatda keçirilən görüş zamanı tələbələr sosial iş sahəsində praktik fəaliyyət, peşə etikası, karyera imkanları və peşəkar inkişaf perspektivləri ilə bağlı suallarını ünvanlayaraq mütəxəssislərlə fikir mübadiləsi aparıblar 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


