Tenqri
Ana Səhifə
Dünya

Sosial şəbəkələrdə çıxış edənlərə diplom tələbi qoyulsun - TƏKLİF

Rəqəmsal suverenliyimizin gücləndirilməsi istiqamətində islahatları daha da genişləndirməliyik Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası çərçivəsində keçirilən plenar iclasında deputat Kamal Cəfərov İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiy

0 baxışmodern.az
Sosial şəbəkələrdə çıxış edənlərə diplom tələbi qoyulsun - TƏKLİF
Paylaş:

Rəqəmsal suverenliyimizin gücləndirilməsi istiqamətində islahatları daha da genişləndirməliyik Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası çərçivəsində keçirilən plenar iclasında deputat Kamal Cəfərov İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihələrinin müzakirəsi zamanı bildirib Deputat qeyd edib ki, sosial şəbəkələrdə məzmun yaradanlarla da bağlı islahatlar həyata keçirilməlidir “Sosial şəbəkələrdən iki növ istifadəçi var. Birincisi, əsasən sosial şəbəkələrdən istifadə edənlər, ikincisi isə məzmun yaradanlar. Bu gün qəbul edəcəyimiz qanun layihəsi məhz istifadəçilərlə bağlıdır və çox mühüm tənzimləmədir və hesab edirəm ki, sosial şəbəkələrdə məzmun yaradanlarla da bağlı islahatlar həyata keçirilməlidir. Ona görə bununla bağlı konseptual təklifim var. Çin təcrübəsinə əsasən, sosial şəbəkələrdə tibb, hüquq, maliyyə və ya təhsil sahəsində çıxış edənlərin rəsmi diplomu və ya lisenziyası olmalıdır” O qeyd edib ki, bəzi hallarda heç bir təhsili və ya lisenziyası olmayan blogerlər sosial şəbəkələrdə cəmiyyəti çaşdıran kütləvi hüquqi və ya psixoloji məsləhətlər verirlər “Gənc ailələri manipulyasiya edərək onlara boşanmağa inandırırlar. Onlar üçün əl çatması mümkün olmayan saxta xoşbəxt həyat modeli yaradırlar. Hər kəsə eyni pəhriz proqramları təklif edirlər. Maliyyə savadlılığı olmayan "ekspertlər" məsuliyyətsiz tövsiyələr verirlər və bu cür əsası olmayan çıxışlar isə fiziki və psixoloji sağlamlığa ciddi zərər vurub, geri dönüşü olmayan hüquqi nəticələrə gətirib çıxara bilir” – K. Cəfərov sonda vurğulayıb

Kaynak: modern.az

Diğer Haberler

Sosial şəbəkələrdə çıxış edənlərə diplom tələbi qoyulsun - TƏKLİF | Tenqri