Küçənin ortasında fəlakət! Vasitə kütlənin içinə sürdü: Ölən və yaralananlar var
Almaniyanın şərqindəki Leypsiq şəhərində baş verən hadisədə ilkin məlumata görə, 2 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Polisin verdiyi məlumata görə, piyadaları vuran avtomobil hadisə yerindən qaçıb Hadisədən sonra başlanan araşdırmalar nəticəsində avtomobilin sürücüsü həbs edilib. Leypsiq me

Almaniyanın şərqindəki Leypsiq şəhərində baş verən hadisədə ilkin məlumata görə, 2 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Polisin verdiyi məlumata görə, piyadaları vuran avtomobil hadisə yerindən qaçıb Hadisədən sonra başlanan araşdırmalar nəticəsində avtomobilin sürücüsü həbs edilib. Leypsiq meri Burkhard Jung şübhəlinin tutulduğunu açıqlasa da, o, hələlik səlahiyyətlilərin hadisənin motivləri ilə bağlı dəqiq məlumata malik olmadığını bildirib. Həbsi təsdiqləyən polis qrupları sürücü ilə bağlı verdikləri açıqlamada “Hazırda onun törətdiyi başqa təhlükə yoxdur” məlumatını paylaşıblar Leypsiq yanğınsöndürmə rəisi Aksel Şuh hadisə zamanı ümumilikdə 22 nəfərin yaralandığını, yaralılardan ikisinin vəziyyətinin ağır olduğunu açıqlayıb. Şuhun paylaşdığı məlumata görə, hazırda hadisə yerində təxminən 40 yanğınsöndürən, 40 tibb işçisi və iki helikopter var. Bundan başqa, sosial şəbəkələrdə paylaşılan və dəqiqliyi hələ təsdiq olunmayan görüntülərdə hadisə yerinə yaxın sarı təcili yardım helikopteri və bir neçə təcili yardım maşını görünür Bölgədə təhlükəsizlik tədbirləri çərçivəsində polis qrupları meydanın ətrafını mühasirəyə alıb


