İranla saziş bazar günü imzalanacaq, ondan sonra Hörmüz boğazı açılacaq - Tramp
Müqavilənin imzalanması sabaha planlaşdırılır. İmzalanandan dərhal sonra Hörmüz boğazı hamının üzünə açılacaq, Tramp Truthsocial sosial şəbəkəsində yazıb O əlavə edib ki, Tehranla saziş imzaladıqdan sonra İranın yüksək zənginləşdirilmiş uranını məhv etməyi gözləyir "Doğru anda, hər şey sakitləş

Müqavilənin imzalanması sabaha planlaşdırılır. İmzalanandan dərhal sonra Hörmüz boğazı hamının üzünə açılacaq, Tramp Truthsocial sosial şəbəkəsində yazıb O əlavə edib ki, Tehranla saziş imzaladıqdan sonra İranın yüksək zənginləşdirilmiş uranını məhv etməyi gözləyir "Doğru anda, hər şey sakitləşəndə, biz içəri girəcəyik və qüdrətli qranit dağların altında dərin basdırılmış nüvə tozunu götürəcəyik [...] və istər İranda, istərsə də ABŞ-da məhv edəcəyik." Biz İran və bütün Yaxın Şərqlə uzunmüddətli əməkdaşlığı səbirsizliklə gözləyirik”, - Tramp yazıb və ümid etdiyini bildirib ki, bundan sonra İrana qarşı güc tətbiq etmək məcburiyyətində qalmayacaq İranın xarici işlər naziri Abbas Əraqçi daha əvvəl bildirib ki, İranda hərbi əməliyyatları dayandırmaq üçün ABŞ-la saziş yekunlaşmaq üzrədir və Hörmüz boğazının açılmasını ehtiva edir. Onun sözlərinə görə, İranın nüvə proqramı ilə bağlı danışıqlar daha sonra başlayacaq Həmçinin Pakistanın baş naziri bildirib ki, ABŞ və İran arasında razılaşma 24 saat ərzində yekunlaşa bilər


