Sofiyada motosikletçilər sığorta qiymətlərinin artmasına etiraz edəcəklər
Sofiyada motosikletçilər icbari avtomobil sığortası qiymətlərinin artmasına etiraz olaraq iyunun 19-da aksiya keçirməyə hazırlaşırlar AZƏRTAC Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə motosiklet klublarının nümayəndələri mətbuat konfransında məlumat veriblər. Bil

Sofiyada motosikletçilər icbari avtomobil sığortası qiymətlərinin artmasına etiraz olaraq iyunun 19-da aksiya keçirməyə hazırlaşırlar AZƏRTAC Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə motosiklet klublarının nümayəndələri mətbuat konfransında məlumat veriblər. Bildirilib ki, etiraza Sofiya və ölkənin müxtəlif bölgələrindən 89 motosiklet klubunun nümayəndələri qoşulacaq. Etirazçılar sığorta qiymətlərinin süni şəkildə artırıldığını iddia edərək hökumətdən tədbir görülməsini tələb edirlər. Onlar, həmçinin sığorta haqlarının dondurulması və hissə-hissə ödəniş sisteminin bərpasını istəyirlər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


