Tenqri
Ana Səhifə
İqtisadiyyat

SOCAR yaşıl hidrogen və ammonyak layihələrinə daxil olmağı planlaşdırır - vitse-prezident

BAKI, Azərbaycan, 16 iyun. SOCAR yaşıl hidrogen və ammonyak layihələrinə daxil olmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə SOCAR-ın vitse-prezidenti Əfqan İsayev Bakıda keçirilən "İnvestisiyaların perspektivləri" sessiyası çərçivəsində "Azərbaycanın yaşıl keçidinin gücləndirilməsi: bərp

0 baxıştrend.az
SOCAR yaşıl hidrogen və ammonyak layihələrinə daxil olmağı planlaşdırır - vitse-prezident
Paylaş:

BAKI, Azərbaycan, 16 iyun. SOCAR yaşıl hidrogen və ammonyak layihələrinə daxil olmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə SOCAR-ın vitse-prezidenti Əfqan İsayev Bakıda keçirilən "İnvestisiyaların perspektivləri" sessiyası çərçivəsində "Azərbaycanın yaşıl keçidinin gücləndirilməsi: bərpa olunan enerji bank üçün əlverişli investisiya imkanları kimi" adlı panel müzakirəsində bildirib O qeyd edib ki, Azərbaycanın enerji gələcəyi şaxələndirmə üzərində qurulur və ölkə tədricən ənənəvi neft-qaz modelindən balanslaşdırılmış enerji portfelinə keçir Onun sözlərinə görə, SOCAR 2023-cü ildən başlayaraq strategiyasında əsaslı dəyişiklik edərək enerji keçidini prioritet istiqamət kimi müəyyənləşdirib "Azərbaycanın enerji gələcəyini bir sözlə ifadə etsək, bu, şaxələndirmədir. Biz əvvəllər klassik neft-qaz şirkəti idik, lakin 2023-cü ildə strategiyamızı tamamilə dəyişdik və enerji kompleksimizə yeni elementlər əlavə etdik", - o deyib İ.İsayev qeyd edib ki, Azərbaycanın 2030-cu il hədəflərinə əsasən enerji balansında bərpa olunan mənbələrin payının 30%-ə çatması gözlənilir və hazırkı dinamika bu göstəricinin hətta 34-38%-ə qədər arta biləcəyini göstərir "Biz etibarlı neft və qaz ixrac edən ölkə statusundan imtina etmirik, sadəcə olaraq, bu modelə yeni enerji mənbələri əlavə edirik. Bu, ideoloji deyil, iqtisadi baxımdan imkanlar yaradan transformasiyadır", - SOCAR rəsmisi vurğulayıb Onun sözlərinə görə, bərpa olunan enerji potensialının artırılması ölkəyə əlavə qaz ehtiyatlarına qənaət etməyə və bu resursları regional və Avropa bazarlarına yönəltməyə imkan verir İsayev əlavə edib ki, ortamüddətli perspektivdə SOCAR yaşıl hidrogen və yaşıl ammonyak layihələri də daxil olmaqla, aşağı karbonlu enerji sektorlarına daxil olmağı planlaşdırır. Bununla belə, qeyd olunub ki, miqyas iqtisadiyyatı bu sahədə iqtisadi səmərəlilik üçün hələ də vacibdir "Texnologiyalar sürətlə ucuzlaşır və biz günəş panelləri, külək turbinləri və elektroliz avadanlıqlarında olduğu kimi, yaxın illərdə bu sahədə xərclərin azalacağını gözləyirik" dedi SOCAR-ın vitse-prezidenti qeyd edib ki, şirkət 2035-ci ilə qədər balanslaşdırılmış portfelə malik enerji şirkəti olmağı və 2050-ci ilə qədər xalis sıfır emissiya hədəfinə çatmağı planlaşdırır O, qeyd edib ki, SOCAR bu məqsədlərə nail olmaq üçün üç əsas istiqamətdə işləyir: dekarbonizasiya layihələri, təşkilati transformasiya və aşağı karbonlu biznesin inkişafı "2024-cü ilin martında "SOCAR Green Company" yaradılıb. Bu təşkilat enerji səmərəliliyi və aşağı karbonlu layihələri sürətləndirmək üçün fəaliyyət göstərir", - İsayev qeyd edib Onun sözlərinə görə, SOCAR beynəlxalq tərəfdaşlarla da əməkdaşlığı genişləndirir və bu çərçivədə Masdar, ACWA Power, PowerChina və digər şirkətlərlə birgə layihələr həyata keçirir İsayev onu da bildirib ki, enerjiyə tələbatın artması, xüsusən də məlumat mərkəzləri və süni intellekt texnologiyalarının inkişafı fonunda yeni enerji həllərinə ehtiyacı daha da artırır "Biz həmçinin qazla elektrik enerjisi istehsalı layihələrini genişləndiririk. Naxçıvanda layihələrə başlanılıb, Türkiyədə 870 meqavatlıq istehsal gücü əldə edilib, Serbiyada isə 500 meqavat gücündə yeni CCGT stansiyasının inkişafı davam edir", - rəsmi əlavə edib

Kaynak: trend.az

Diğer Haberler