Tenqri
Ana Səhifə
Dünya

SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub

SOCAR-ın minifutbol komandası iyunun 5-7-də Mərakeş Krallığının Kasablanka şəhərində keçirilən III Dünya Korporativ Oyunlarında tarixi uğura imza ataraq turnirin qalibi adını qazanıb AZƏRTAC xəbər verir ki, iyunun 7-də keçirilmiş final görüşündə əzmkar oyun nümayiş etdirən SOCAR komandası futbol öl

0 baxışazertag.az
SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub
Paylaş:

SOCAR-ın minifutbol komandası iyunun 5-7-də Mərakeş Krallığının Kasablanka şəhərində keçirilən III Dünya Korporativ Oyunlarında tarixi uğura imza ataraq turnirin qalibi adını qazanıb AZƏRTAC xəbər verir ki, iyunun 7-də keçirilmiş final görüşündə əzmkar oyun nümayiş etdirən SOCAR komandası futbol ölkəsi kimi tanınan Mərakeşin ən böyük media qurumlarından birini təmsil edən “Le Matin” komandası üzərində 1:0 hesabı ilə qələbə qazanıb. Bu qələbə sayəsində SOCAR komandası bu idman növü üzrə Dünya Korporativ Oyunlarının qalibi adını qazanan və kuboka sahib olan ilk Azərbaycan komandası kimi də tarixə düşüb Qeyd edək ki, komandamız Oyunlarda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyası tərəfindən təşkil olunan, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən dövlət qurumları arasında keçirilən IV minifutbol turnirinin qalibi olaraq iştirak edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler