SOCAR və Chevron xaricdə birgə layihələrə baxış keçirib - FOTO
İyunun 2-də Bakı Enerji Həftəsi çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf Chevron şirkətinin Avrasiya biznes bölməsinin idarəedici direktoru Derek Magnes ilə görüşüb Day.Az xəbər verir ki, bu barədə Trend-ə SOCAR-dan məlumat verilib Görüşdə “Şevron” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyət

İyunun 2-də Bakı Enerji Həftəsi çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf Chevron şirkətinin Avrasiya biznes bölməsinin idarəedici direktoru Derek Magnes ilə görüşüb Day.Az xəbər verir ki, bu barədə Trend-ə SOCAR-dan məlumat verilib Görüşdə “Şevron” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti qeyd olunub. Bakı Enerji Həftəsinin açılış mərasimi çərçivəsində SOCAR ilə “Şevron” şirkəti arasında imzalanmış sənədin əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb və bu istiqamətdə atılacaq addımlar nəzərdən keçirilib Söhbət zamanı şirkətlərin Azərbaycanda və digər ölkələrdə birgə layihələrinin həyata keçirilməsi imkanları, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


