SOCAR 2050-ci ilə qədər iqlim hədəflərinə çatmağa hazır olduğunu açıqlayıb
SOCAR 2050-ci ilə qədər emissiyaların azaldılması hədəflərinə nail olacağına əmindir Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu SOCAR-ın Ekoloji İnformasiyanın Açıqlanması və Yaşıl Təşəbbüslər İdarəsinin rəisi Mustafa Qurbanlı Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə (WED) həsr olunmuş beynəlxa

SOCAR 2050-ci ilə qədər emissiyaların azaldılması hədəflərinə nail olacağına əmindir Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu SOCAR-ın Ekoloji İnformasiyanın Açıqlanması və Yaşıl Təşəbbüslər İdarəsinin rəisi Mustafa Qurbanlı Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə (WED) həsr olunmuş beynəlxalq konfrans çərçivəsində "Metan qazının azaldılması üzrə birgə tədbirlər: enerji və tullantılar üçün həll yolları" mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib Onun sözlərinə görə, metan emissiyalarının qarşısının alınması kollektiv səy tələb edən vəzifədir: "SOCAR beynəlxalq təşəbbüslərə qoşulub və onların həmtəsisçilərindən biridir. COP28 çərçivəsində qurduğumuz nizamnaməyə çoxsaylı beynəlxalq təşkilatlar və dövlətlər qoşulub. Hesabatlarımızda biz mütəmadi olaraq qısa və orta müddətli məqsədlərə nail olmaq istiqamətində irəliləyiş nümayiş etdiririk Biz beynəlxalq təşəbbüslərlə yanaşı, regional əməkdaşlığı da inkişaf etdiririk. Bu yanaşma ümumi ekoloji problemləri həll etmək üçün bölgədəki şirkətlərlə daha sıx qarşılıqlı əlaqə yaratmağa imkan verir Biz “heç kəsi geridə qoymamaq” prinsipini rəhbər tuturuq. Emissiyaların azaldılması təkcə şirkətimiz üçün deyil, həm də bütün tərəfdaşlarımız üçün ortaq məsuliyyətdir. Əminik ki, 2050-ci ilə qədər hədəflərimizə çata biləcəyik” Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


