Tenqri
Ana Səhifə
Dünya

Yenə Vance

CNN mənbələrə istinadən xəbər verir ki, ABŞ-ın vitse-prezidenti J.D.Vens İranla mümkün danışıqların ikinci raundunda ABŞ nümayəndə heyətinə başçılıq edəcək "Danışıqlar növbəti təkbətək görüşə səbəb olarsa, İran rəsmiləri ilə potensial ikinci raund danışıqları zamanı Vensin (ABŞ nümayəndə heyətinə)

0 baxışhaqqin.az
Yenə Vance
Paylaş:

CNN mənbələrə istinadən xəbər verir ki, ABŞ-ın vitse-prezidenti J.D.Vens İranla mümkün danışıqların ikinci raundunda ABŞ nümayəndə heyətinə başçılıq edəcək "Danışıqlar növbəti təkbətək görüşə səbəb olarsa, İran rəsmiləri ilə potensial ikinci raund danışıqları zamanı Vensin (ABŞ nümayəndə heyətinə) rəhbərlik edəcəyi gözlənilir", - televiziya kanalı bildirib Mənbələrin bildirdiyinə görə, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Steven Witkoff və ABŞ liderinin kürəkəni, İrana qarşı əməliyyatdan əvvəl danışıqlar aparan Jared Kushnerin də hər hansı potensial ikinci görüşdə iştirak edəcəyi gözlənilir Mənbələr CNN-ə bildiriblər ki, “Tramp üç baş müşavirini diplomatik həll yolu tapmağa yönəltdi... və bu məsələdə onlara etibar etməyə davam edir” Çərşənbə axşamı Tramp deyib ki, iki gün ərzində Pakistanda Amerika və İran tərəfləri arasında danışıqlar aparıla bilər Həmçinin çərşənbə axşamı Associated Press xəbər verib ki, Birləşmiş Ştatlar və İran münaqişəyə son qoymaq üçün razılığa gəlmək üçün danışıqların yeni mərhələsini fəal şəkildə müzakirə edirlər

Kaynak: haqqin.az

Diğer Haberler