Tenqri
Ana Səhifə
Dünya

Səncar Nosirov: "Azərbaycanla lisenziyalaşdırma və prudensial tənzimləmə üzrə yeni razılaşmalar gözlənilir" - EKSKLÜZİV

Azərbaycan və Özbəkistanın mərkəzi bankları İslam maliyyəsinin tənzimlənməsi sahəsində əməkdaşlığın inkişafını müzakirə edir Bu barədə "Report"un Daşkəndə ezam olunmuş əməkdaşına Özbəkistan Mərkəzi Bankının sədr müavini Səncar Nosirov Daşkənd İnvestisiya Forumunun kuluarlarında bildirib "Azərbayca

0 baxışreport.az
Səncar Nosirov: "Azərbaycanla lisenziyalaşdırma və prudensial tənzimləmə üzrə yeni razılaşmalar gözlənilir" - EKSKLÜZİV
Paylaş:

Azərbaycan və Özbəkistanın mərkəzi bankları İslam maliyyəsinin tənzimlənməsi sahəsində əməkdaşlığın inkişafını müzakirə edir Bu barədə "Report"un Daşkəndə ezam olunmuş əməkdaşına Özbəkistan Mərkəzi Bankının sədr müavini Səncar Nosirov Daşkənd İnvestisiya Forumunun kuluarlarında bildirib "Azərbaycan tərəfi İslam maliyyəsinin tənzimlənməsinin öyrənilməsinə fəal maraq göstərir və bu istiqamətdə işlər davam etdirilir", - o qeyd edib S.Nosirovun sözlərinə görə, Özbəkistan və Azərbaycan maliyyə sektorunun tənzimlənməsinin bir sıra istiqamətləri üzrə qarşılıqlı fəaliyyət göstərir: "Biz Azərbaycanın tənzimləyici orqanı (Mərkəzi Bank - red.) ilə bir neçə məsələ üzrə - təkcə makroprudensial siyasət deyil, həm də prudensial tənzimləmə, lisenziyalaşdırma və digər istiqamətlərdə əməkdaşlıq edirik" O əlavə edib ki, müzakirələr iki ölkənin aidiyyəti komandalarının iştirakı ilə müxtəlif platformalarda, o cümlədən Özbəkistan bazarına daxil olan azərbaycanlı investorların lisenziyalaşdırılması məsələləri üzrə aparılır: "Ola bilsin ki, siz bu forumda (Daşkənd İnvestisiya Forumunda - red.) lisenziyalaşdırma və prudensial tənzimləmə üzrə yeni razılaşmalar barədə məlumat əldə edə biləcəksiniz" S.Nosirov bildirib ki, Özbəkistan Mərkəzi Bankı inflyasiyanın hədəflənməsi modelinin tətbiq olunduğunu elan edib: "Özbəkistan gələn ilin sonuna qədər hədəflənən inflyasiya səviyyəsinə - 5 %-ə çatmağı qarşısına məqsəd qoyub" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler

Səncar Nosirov: "Azərbaycanla lisenziyalaşdırma və prudensial tənzimləmə üzrə yeni razılaşmalar gözlənilir" - EKSKLÜZİV | Tenqri