Səmərqənddə Türkologiyanın əsrlik irsi yenidən canlandırıldı
Türk dünyasının elm və mədəniyyət tarixində mühüm yer tutan 1926-cı il Bakı Türkologiya Qurultayının irsi yüz il sonra yenidən Səmərqənddə yaşadıldı Modern.az xəbər verir ki, Şərəf Rəşidov adına Səmərqənd Dövlət Universiteti, Türk Dil Qurumu, Yunus Əmrə İnstitutu və Marmara Universitetinin birgə tə

Türk dünyasının elm və mədəniyyət tarixində mühüm yer tutan 1926-cı il Bakı Türkologiya Qurultayının irsi yüz il sonra yenidən Səmərqənddə yaşadıldı Modern.az xəbər verir ki, Şərəf Rəşidov adına Səmərqənd Dövlət Universiteti, Türk Dil Qurumu, Yunus Əmrə İnstitutu və Marmara Universitetinin birgə təşkilatçılığı ilə keçirilən Türkologiya Konqresi 5-6 iyun tarixlərində Türk dünyasının mənəvi paytaxtı hesab olunan Səmərqənd şəhərində baş tutdu. Türk dünyasının müxtəlif ölkələrindən – Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan o cümlədən Şimali Makedoniyadan gələn alimlər, tədqiqatçılar 1926-cı ildə Bakıda əsası qoyulan Türkoloji hərəkatın elmi irsini dəyərləndirmək və gələcəyə yönəlik ortaq layihələri müzakirə etmək üçün bir araya gəldilər. Konqres çərçivəsində Türkologiya tədqiqatlarının müasir vəziyyəti, ortaq əlifba məsələləri, türk xalqlarının tarixi bağları və mədəni irsin qorunmasına dair mövzular müzakirə olundu Konqresdə Azərbaycanı digər alimlərlə yanaşı Bakı Slavyan Universitetinin Balkan Araşdırmaları kafedrasının müdiri, dosent, filologiya elmləri doktoru Nurlana Qasımlı Mustafayeva təmsil etdi. Onun “Birinci Bakı Türkologiya Qurultayının İrsində Balkan Türkologiyası” adlı məruzəsi iştirakçılar tərəfindən böyük maraqla qarşılandı Dos. Nurlana Qasımlı Mustafayeva çıxışında 1926-cı il Bakı Türkologiya Qurultayının Türk dünyasının ortaq elmi yaddaşının formalaşmasındakı tarixi rolunu təhlil etdi. O, qurultayın iki görkəmli nümayəndəsi alman türkoloqu Teodor Menzel ilə türk ədəbiyyatşünaslığının banilərindən olan Mehmed Fuad Köprülü arasında baş vermiş metodoloji müzakirələri diqqət mərkəzinə çəkdi. Məruzəçi vurğuladı ki, həmin elmi polemika yalnız Türkologiyanın inkişafı baxımından deyil, eyni zamanda Türk dünyasının mədəni kimliyinin formalaşması baxımından da mühüm əhəmiyyət daşıyır Çıxışında Balkan türklüyünün Türk dünyasının ayrılmaz hissəsi olduğunu qeyd edən Nurlana Qasımlı Mustafayeva Balkan coğrafiyasında Türk mədəni irsinin qorunmasının və gələcək nəsillərə ötürülməsinin strateji əhəmiyyət kəsb etdiyini bildirdi. O vurğuladı ki, Balkanlarda Türk dili, ədəbiyyatı və mədəni dəyərlər əsrlər boyu milli kimliyin qorunmasının əsas dayaqlarından biri olmuşdur. Məruzəçi Şimali Makedoniya, Kosovo, Bolqarıstan, Rumıniya və Qərbi Trakiyadakı Türk icmalarının Türk dünyası ilə Avropa arasında mühüm mədəni körpü rolunu oynadığını diqqətə çatdırdı Nurlana Qasımlı Mustafayeva Balkan şəhərlərində formalaşmış divan ədəbiyyatı, təkkə mədəniyyəti və xalq ədəbiyyatı ənənələrinə də toxunaraq Üsküp, Manastır, Saloniki və digər kimi mərkəzlərin Türk mədəniyyət tarixindəki mühüm yerini qeyd etdi. O, Türk dünyasında ortaq əlifba, ortaq təhsil proqramları və elmi əməkdaşlıq layihələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, yüz il əvvəl Bakıda irəli sürülən birlik ideyasının bu gün də aktuallığını qoruduğunu bildirdi Dosent Nurlana Qasımlı Mustafayeva konqresin Türk dünyasının ortaq yaddaşının qorunması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd edərək bildirib: “Bu gün biz əcdadlarımızın yarımçıq qalmış vəsiyyətini yerinə yetirmək üçün bir araya gəlmişik. Yüz il əvvəl Bakıda başlanan elmi və mədəni birlik ideyası bu gün Səmərqənddə yeni nəfəs qazanır. Yeni aldığımız nəfəsdə Balkan Türklüyünə xüsusi diqqət ayırmaq böyük Türk dünyasının gələcəyi və bütünlüyü üçün mühüm məsələdir.” Konqres çərçivəsində keçirilən iclaslarda Türk dünyasının ortaq mədəni və elmi dəyərləri, dil birliyi, təhsil sahəsində əməkdaşlıq və mədəni irsin qorunmasına yönəlmiş yeni təşəbbüslər müzakirə edildi. Tədbirin sonunda iştirakçılar Türk dünyasında akademik əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində ortaq mövqe nümayiş etdirdilər Səmərqənddə keçirilən bu tarixi görüş Birinci Bakı Türkologiya Qurultayının yüz illiyi münasibətilə Türk dünyasının ortaq elmi və mədəni irsinin yaşadılması, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm addım kimi qiymətləndirildi. Dosent Nurlana Qasımlı Mustafayevanın Balkan türklüyünün tarixi və mədəni irsini ön plana çıxaran məruzəsi konqresin diqqətçəkən çıxışlarından biri oldu


