Slovakiyada ardıcıl ikinci gün temperatur rekordu yenilənib
Slovakiyada ardıcıl ikinci gündür ki, rekord səviyyədə yüksək hava temperaturu qeydə alınır "Report" xəbər verir ki, bu barədə TA-3 telekanalı məlumat yayıb Meteoroloqların məlumatına görə, iyunun 30-u ölkədə hava müşahidələri tarixində ən isti gün olub. Slovakiyanın cənubundakı Nove-Zamki şəhəri

Slovakiyada ardıcıl ikinci gündür ki, rekord səviyyədə yüksək hava temperaturu qeydə alınır "Report" xəbər verir ki, bu barədə TA-3 telekanalı məlumat yayıb Meteoroloqların məlumatına görə, iyunun 30-u ölkədə hava müşahidələri tarixində ən isti gün olub. Slovakiyanın cənubundakı Nove-Zamki şəhəri ərazisində havanın temperaturu 41,3 dərəcəyə çatıb Bir gün əvvəl, iyunun 29-da da respublikada temperatur rekordu müəyyən edilmişdi - termometr sütunları 41 dərəcəyə qədər yüksəlmişdi Slovakiyada əvvəlki mütləq temperatur maksimumu 40,3 dərəcə təşkil edib və 2007-ci ildə qeydə alınıb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


