Tenqri
Ana Səhifə
Dünya

Slovakiya parlamentinin nümayəndə heyəti Azərbaycanın Xankəndində aparılan tikinti işlərinin gedişi ilə tanış olub (FOTO)

Xankəndi, Azərbaycan, 15 may. Slovakiya Milli Şurasının sədri Riçard Raşinin başçılıq etdiyi nümayəndə heyəti bu gün şəhərə səfəri zamanı Azərbaycanın Xankəndi şəhərində aparılan genişmiqyaslı tikinti, bərpa və yenidənqurma işləri ilə yaxından tanış olub Qonaqlara şəhərdə həyata keçirilən infrastr

0 baxıştrend.az
Slovakiya parlamentinin nümayəndə heyəti Azərbaycanın Xankəndində aparılan tikinti işlərinin gedişi ilə tanış olub (FOTO)
Paylaş:

Xankəndi, Azərbaycan, 15 may. Slovakiya Milli Şurasının sədri Riçard Raşinin başçılıq etdiyi nümayəndə heyəti bu gün şəhərə səfəri zamanı Azərbaycanın Xankəndi şəhərində aparılan genişmiqyaslı tikinti, bərpa və yenidənqurma işləri ilə yaxından tanış olub Qonaqlara şəhərdə həyata keçirilən infrastruktur layihələri, yaşayış massivlərinin abadlaşdırılması, sosial obyektlərin bərpası, şəhərin müasir inkişaf konsepsiyası əsasında görülən işlər barədə məlumat verilib Nümayəndə heyəti şəhərin görməli yerlərindən biri olan Qələbə parkında da olub. Burada qonaqlara Azərbaycanın tarixi Qələbəsinin rəmzi olan parkın əhəmiyyəti barədə məlumat verilib Sonra nümayəndə heyəti Qarabağ Universiteti, onun müasir tədris infrastrukturu, auditoriyaları, kitabxanası, laboratoriyaları ilə tanış olub. Universitetin rektoru Şahin Bayramovla görüşdə qonaqlar ali təhsil ocağının fəaliyyəti, beynəlxalq əməkdaşlıq imkanları, yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində rayonda görülən işlər barədə məlumat alıblar Görüşdə Qarabağ bölgəsində gedən bərpa və inkişaf proseslərinin təhsil sahəsinə verdiyi töhfələr vurğulanıb Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun

Kaynak: trend.az

Diğer Haberler