Siyasi şərhçi: Azərbaycan İtaliya üçün Mərkəzi Asiyaya çıxış qapısıdır
Son dövrlərdə Azərbaycan ilə İtaliya arasında münasibətlərin dinamik inkişafı, yüksəksəviyyəli qarşılıqlı səfərlərin intensivləşməsi və strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığın genişlənməsi diqqət mərkəzindədir. Xüsusilə Prezident İlham Əliyev ilə Ciorcia Meloni arasında formalaşan siyasi dial

Son dövrlərdə Azərbaycan ilə İtaliya arasında münasibətlərin dinamik inkişafı, yüksəksəviyyəli qarşılıqlı səfərlərin intensivləşməsi və strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığın genişlənməsi diqqət mərkəzindədir. Xüsusilə Prezident İlham Əliyev ilə Ciorcia Meloni arasında formalaşan siyasi dialoq, enerji təhlükəsizliyi, hərbi-texniki əməkdaşlıq, eləcə də humanitar və təhsil sahələrində həyata keçirilən birgə layihələr bu münasibətlərin çoxşaxəli və dərin xarakter aldığını göstərir. İtaliyanın Azərbaycanın əsas enerji tərəfdaşlarından biri kimi çıxış etməsi, Cənub Qaz Dəhlizi vasitəsilə həyata keçirilən ixrac, eləcə də işğaldan azad olunmuş ərazilərdə İtaliya şirkətlərinin fəal iştirakı əməkdaşlığın praktiki nəticələrini ortaya qoyur. Eyni zamanda, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafında İtaliyanın rolu xüsusi əhəmiyyət kəsb edir. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Bakıya səfəri təkcə Azərbaycan-İtaliya strateji tərəfdaşlığında yeni perspektivlər yaratmır, eyni zamanda, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində mövqelərini daha da gücləndirir Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib Onun sözlərinə görə, Bakı-Roma xəttində intensivləşən siyasi dialoqun və ikitərəfli münasibətlərin dərinləşməsinin iki mühüm nəticəsini proqnozlaşdırmaq mümkündür. “Birincisi, Avropanın enerji bazarında Azərbaycanın mövcudluğunun güclənməsi və ümumilikdə qitənin enerji təhlükəsizliyində yeni arxitekturanın formalaşmasıdır. İtaliya bu istiqamətdə əsas strateji tərəfdaşdır. Çünki bu ölkə Cənub Qaz Dəhlizinin iştirakçılarından biridir və təkcə Azərbaycanın enerji resurslarının idxalçısı yox, eyni zamanda, onların Avropa bazarında daha geniş istehlakçılara çatdırılmasında tranzit rolunu oynayır. Bu ilin əvvəlindən etibarən Azərbaycan qazının İtaliya üzərindən Mərkəzi Avropaya daşınması faktı həm Azərbaycanın Avropa enerji bazarındakı payını artırır, həm də İtaliyanın qitənin enerji təhlükəsizliyində rolunu gücləndirir. Nəticə etibarilə, Bakı və Roma Avropa üçün strateji əhəmiyyətli oyunçulara çevrilirlər ki, bu da iki ölkə münasibətlərinin yeni mərhələyə keçidini göstərir. Bununla yanaşı, Azərbaycan İtaliya üçün həm Cənubi Qafqaz siyasətində iştirak imkanı, həm də Mərkəzi Asiyaya çıxış qapısıdır. Orta Dəhlizə maraq göstərən İtaliya bu istiqamətdə xarici siyasət strategiyasını Azərbaycanla münasibətlər üzərindən qurur”, - deyə siyasi şərhçi qeyd edib A.Nərimanlı bildirib ki, ikinci mühüm məqam İtaliya ilə münasibətlərin Azərbaycanın Avropa siyasətində mövqelərini gücləndirməsidir: “Məlumdur ki, Bakı–Brüssel xəttində münasibətlər ümumilikdə yüksək səviyyədə olsa da, zaman-zaman Avropadan qaynaqlanan səbəblərdən müəyyən problemlər də yaranır. Xüsusilə Avropa Parlamenti və AŞPA kimi bəzi təsisatların Azərbaycana qarşı qərəzli və siyasi sifarişlərə əsaslanan mövqeləri bu problemlərin əsas mənbəyidir. Bu isə Avropa İttifaqı ilə münasibətlərdə müəyyən risklər yaradır. İtaliya ilə dərinləşən strateji tərəfdaşlıq bu risklərin aradan qaldırılmasına, yaxud ən azı Azərbaycanın bu risklər qarşısında siyasi immunitetinin güclənməsinə xidmət edə bilər. Çünki İtaliya Avropa siyasətində həlledici təsirə malik olan ölkələrdən biridir və bu ölkə ilə tərəfdaşlıq Bakı üçün xüsusi əhəmiyyət daşıyır” Sonda siyasi şərhçi qeyd edib ki, Azərbaycan-İtaliya münasibətlərinin mövcud inkişaf dinamikası gələcəkdə daha genişmiqyaslı əməkdaşlıq imkanları açır və bu tərəfdaşlıq həm regional, həm də Avropa miqyasında mühüm geosiyasi nəticələr vəd edir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

SpaceX-ə qarşı qrup davası: Evlərimizə ziyan dəydi - Kıbrıs Qəzeti - Kıbrıs News, KKTC Son Dəqiqə və Gündəm Xəbərləri

Tokayev AEK fəaliyyətinin əsas istiqamətləri üzrə hesabatı dinləyib
