SİMA həlləri beynəlxalq maliyyə sammitində təqdim olundu
Bakıda keçirilən Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində “AzInTelecom” MMC də iştirak edib Modern.az xəbər verir ki, türk dövlətlərinin qlobal maliyyə inteqrasiyası mövzusuna həsr olunan sammit çərçivəsində şirkətin stendi qurulub. Stenddə “AzInTelecom”un təqdim etdiyi SİMA Rəqəmsal Həllər Platf

Bakıda keçirilən Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində “AzInTelecom” MMC də iştirak edib Modern.az xəbər verir ki, türk dövlətlərinin qlobal maliyyə inteqrasiyası mövzusuna həsr olunan sammit çərçivəsində şirkətin stendi qurulub. Stenddə “AzInTelecom”un təqdim etdiyi SİMA Rəqəmsal Həllər Platformasının maliyyə sektoru üçün nəzərdə tutulmuş məhsulları iştirakçılara nümayiş etdirilib Tədbirdə şirkətin Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev “Biometriyanın fintekdə müasir rəqəmsal həllərə təsiri” mövzusunda çıxış edib. O, müasir fintek ekosistemində istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və maliyyə əməliyyatlarının təhlükəsizliyinin təmin edilməsində biometrik texnologiyaların rolundan danışıb F.Fərəcullayev bildirib ki, üztanıma və digər biometrik identifikasiya həlləri maliyyə institutlarında həm fırıldaqçılıq risklərinin azaldılması, həm də məsafədən xidmətlərin göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır Sammit çərçivəsində kibertəhlükəsizlik, yaşıl maliyyə, investisiya imkanları və insan kapitalının inkişafı kimi aktual mövzular da müzakirə olunub. “AzInTelecom”un tədbirdə iştirakı regionda formalaşan fintek ekosisteminə innovativ rəqəmsal həllərlə töhfə vermək məqsədi daşıyıb Qeyd edək ki, “AZCON Holding”ə daxil olan “AzInTelecom” MMC 2015-ci ildən etibarən bulud texnologiyaları, rəqəmsal identifikasiya və kibertəhlükəsizlik sahələrində fəaliyyət göstərir. Şirkət ölkə üzrə həyata keçirilən “Hökumət buludu” layihəsinin və SİMA rəqəmsal həllər platformasının provayderidir


