Tenqri
Ana Səhifə
Dünya

İndoneziyada güclü zəlzələ - VİDEO

AP xəbər verir ki, çərşənbə axşamı İndoneziyanın mərkəzi Sulavesi adasında 6,7 ​​bal gücündə zəlzələ baş verib ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələnin episentri Palu şəhərindən 43 km cənub-şərqdə, təxminən 10 km dərinlikdə yerləşib. İlk güclü təkandan sonra bir neçə afterşok qeyd

0 baxışhaqqin.az
İndoneziyada güclü zəlzələ - VİDEO
Paylaş:

AP xəbər verir ki, çərşənbə axşamı İndoneziyanın mərkəzi Sulavesi adasında 6,7 ​​bal gücündə zəlzələ baş verib ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələnin episentri Palu şəhərindən 43 km cənub-şərqdə, təxminən 10 km dərinlikdə yerləşib. İlk güclü təkandan sonra bir neçə afterşok qeydə alınıb ki, onların da ən güclüsü 5,2 maqnitudaya çatıb Sahil ərazilərinin sakinləri mümkün sunami qorxusundan evlərini tərk ediblər. İndoneziyanın Meteorologiya, İqlim və Geofizika Agentliyi sunami təhlükəsinin olmadığını bildirsə də, əlavə təkanların ola biləcəyi barədə xəbərdarlıq edib İndoneziya zəlzələlərin və vulkan püskürmələrinin müntəzəm olaraq baş verdiyi yüksək seysmik aktivlik bölgəsində yerləşir 2018-ci ildə 7,5 bal gücündə zəlzələ və ardınca hündürlüyü 3 metrə çatan sunami Pala və ətraf əraziləri viran qoymuş, 4 mindən çox insan həlak olmuşdur. 2021-ci ilin yanvarında Sulavesidə 6,2 bal gücündə zəlzələ ən azı 100 nəfərin həyatına son qoydu pic.twitter.com/RCcX5ifZJb pic.twitter.com/0Cr6ErMLz4

Kaynak: haqqin.az

Diğer Haberler