Tenqri
Ana Səhifə
Dünya

Filippin sahillərində güclü zəlzələ - foto; video

Filippinin cənubunda, Mindanao adasında 7,8 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, yeraltı təkanlar Sarangqani əyalətinin Soksksargen bölgəsindəki Kablalan bələdiyyəsindən 26 kilometr cənub-qərbdə qeydə alınıb USGS-in məlumatına görə, zəlzələnin mənbəyi 55,2

0 baxışhaqqin.az
Filippin sahillərində güclü zəlzələ - foto; video
Paylaş:

Filippinin cənubunda, Mindanao adasında 7,8 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, yeraltı təkanlar Sarangqani əyalətinin Soksksargen bölgəsindəki Kablalan bələdiyyəsindən 26 kilometr cənub-qərbdə qeydə alınıb USGS-in məlumatına görə, zəlzələnin mənbəyi 55,2 kilometr dərinlikdə yerləşib Əsas zəlzələdən sonra maqnitudası 4,6-6,5 arasında olan 10 afterşok qeydə alınıb. Bölgədə və qonşu ölkələrdə sunami xəbərdarlığı edilib Filippin prezidenti sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun direktoru Teresito Bakolkol Associated Press-ə (AP) bildirib ki, sunami yerüstü stansiyaları Sultan Kudarat və Sarangqani əyalətlərində hündürlüyü bir metrə çatan dalğaları qeydə alıb Filippin prezidenti kiçik Ferdinand Markos sahilyanı və digər həssas ərazilərin sakinlərini dərhal hündür yerə köçməyə çağırıb Onun sözlərinə görə, hökumət artıq yaranmış vəziyyətə reaksiya verməyə başlayıb, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə xidmətlər hazır vəziyyətə gətirilib Malayziyanın Meteorologiya İdarəsi də Borneo adasının Sabah əyaləti üçün sunami xəbərdarlığı edib Filippin, güclü zəlzələlərin müntəzəm olaraq baş verdiyi yüksək seysmik və vulkanik fəaliyyət sahəsi olan Sakit Okean Atəş Halqası adlanan ərazidə yerləşir pic.twitter.com/62LLUOjUk0

Kaynak: haqqin.az

Diğer Haberler