Tenqri
Ana Səhifə
Dünya

Silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçirilib

2026-cı ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda silah, döyüş, eləcə də xüsusi texnikalar yaz-yay mövsümündə istismar rejiminə keçirilib Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlər çərçivəsində şəxsi heyətə texnikanın mövsümə uyğun istismarı və texniki qulluq qa

0 baxışazertag.az
Silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçirilib
Paylaş:

2026-cı ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda silah, döyüş, eləcə də xüsusi texnikalar yaz-yay mövsümündə istismar rejiminə keçirilib Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlər çərçivəsində şəxsi heyətə texnikanın mövsümə uyğun istismarı və texniki qulluq qaydaları öyrədilib, təhlükəsizlik tədbirləri üzrə tələblər çatdırılıb, eləcə də hərbi hissələr mərkəzləşdirilmiş qaydada zəruri ehtiyat hissələri və avadanlıqlarla tam təmin edilib Texniki xidmət məntəqələrində silah və texnikaların fasiləsiz, dayanıqlı istismarını təmin etmək məqsədilə elektrik sistemlərinin vəziyyəti yoxlanılıb və iqlimə uyğun yanacaq-sürtkü materialları dəyişdirilib Qeyd edək ki, silah və texnikanın yaz-yay mövsümü istismarı rejiminə keçidi ilə əlaqədar bütün zəruri tədbirlər planlı şəkildə həyata keçirilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler