Silah-sursata ən çox pul ayıran ÖLKƏLƏR
Stokholm Beynəlxalq Sülh Problemlərinin Araşdırılması İnstitutunun (SIPRI) 2025-ci il üzrə hesabatında dünyanın müdafiəyə ən çox vəsait ayıran ölkələrinin siyahısı açıqlanıb Modern.az xəbər verir ki, siyahıya 954 milyard dollarlıq hərbi büdcə ilə ABŞ başçılıq edir. Bu göstərici qlobal müdafiə xərcl

Stokholm Beynəlxalq Sülh Problemlərinin Araşdırılması İnstitutunun (SIPRI) 2025-ci il üzrə hesabatında dünyanın müdafiəyə ən çox vəsait ayıran ölkələrinin siyahısı açıqlanıb Modern.az xəbər verir ki, siyahıya 954 milyard dollarlıq hərbi büdcə ilə ABŞ başçılıq edir. Bu göstərici qlobal müdafiə xərclərinin təxminən 33 faizini təşkil edir İkinci sırada 336 milyard dollarla Çin qərarlaşıb. Pekinin dünya hərbi xərclərində payı 12 faizdir Üçüncü yerdə isə 190 milyard dollarla Rusiya yer alıb. Moskvanın qlobal müdafiə xərclərində payı 6,6 faiz təşkil edir Siyahıda yer alan digər ölkələrin müdafiə xərcləri belədir: Almaniya – 114 milyard dollar Hindistan – 92,1 milyard dollar Böyük Britaniya – 89 milyard dollar Ukrayna – 84,1 milyard dollar Səudiyyə Ərəbistanı – 83,2 milyard dollar Fransa – 68 milyard dollar Yaponiya – 62,2 milyard dollar İsrail – 48,3 milyard dollar İtaliya – 48,1 milyard dollar Cənubi Koreya – 47,8 milyard dollar Polşa – 46,8 milyard dollar Hesabatda qeyd olunur ki, 2025-ci ildə dünyada ümumi müdafiə xərcləri 2 trilyon 887 milyard dollara çataraq tarixi rekord yeniləyib


