Kanada Sikx Federasiyası Azərbaycana təşəkkürünü bildirib
Biz Bakı Təşəbbüs Qrupu ilə gələcək əməkdaşlığı və saziş imzalamağı səbirsizliklə gözləyirik Day.Az Trend-ə istinadən bildirir ki, bunu Kanada Sıx Federasiyasının sədri Bual Moninder Sinq Bakıda "1984-cü ilin iyunu, Amritsar hadisələri: soyqırım kontekstində Hindistanın etnik azlıqlara qarşı transm

Biz Bakı Təşəbbüs Qrupu ilə gələcək əməkdaşlığı və saziş imzalamağı səbirsizliklə gözləyirik Day.Az Trend-ə istinadən bildirir ki, bunu Kanada Sıx Federasiyasının sədri Bual Moninder Sinq Bakıda "1984-cü ilin iyunu, Amritsar hadisələri: soyqırım kontekstində Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları" mövzusunda keçirilən beynəlxalq konfransda jurnalistlərə deyib "Bizim Azərbaycanla dərin əlaqələrimiz var. Yüz illərdir siqh səyyahları, dini liderlər bu torpaqlarda olublar. Atəşgahın divarlarında dilimizdə - pəncab dilində yazılar var. Ona görə də bu ölkə və bu torpaqla dərin tarixi əlaqələrimiz var", - o deyib Moninder Sinq 1984-cü ilin iyun hadisələri haqqında danışmaq imkanına görə Azərbaycan xalqına minnətdarlığını bildirib "Bu hadisələr zamanı biz on minlərlə insanın öldürüldüyünü təxmin edirik. Bunun ardınca sikxlərin soyqırımı hesab etdiyimiz 1984-cü ilin noyabr hadisələri baş verdi Yenə Hindistanda on minlərlə sikx ayrı-seçkilik etmədən öldürüldü. Qurbanlar arasında kişilər, qadınlar, uşaqlar və qocalar olub. Heç kim aman vermədi Bu, Sıx icmasında Hindistandan ayrılmaqdan başqa çarəsi olmadığına dair bir inancın yaranmasına səbəb oldu Biz hazırda Bakıda və Azərbaycanda baş verən hadisələri beynəlxalq həmrəyliyin təzahürü kimi qiymətləndiririk” Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


