Sıxlar etnik və irqi birliyi təmsil edirlər - Sıx Federasiyası
BAKI, Azərbaycan, 3 iyun. Sıxlar təkcə dini deyil, həm də etnik və irqi birliyi təmsil edirlər, Sıx Federasiyasının (Böyük Britaniya) aparıcı icraçı direktoru Sidhu Dabinderjit Sinq "1984-cü ilin iyunu, Amritsarda hadisələr: Hindistanın etnik soyqırım kontekstində keçirilən transmilli repressiyaları

BAKI, Azərbaycan, 3 iyun. Sıxlar təkcə dini deyil, həm də etnik və irqi birliyi təmsil edirlər, Sıx Federasiyasının (Böyük Britaniya) aparıcı icraçı direktoru Sidhu Dabinderjit Sinq "1984-cü ilin iyunu, Amritsarda hadisələr: Hindistanın etnik soyqırım kontekstində keçirilən transmilli repressiyaları" adlı beynəlxalq konfransda deyib Onun fikrincə, soyqırım milli, etnik, irqi və ya dini qrupun qəsdən və sistemli şəkildə tamamilə və ya qismən məhv edilməsidir “Soyqırım geniş şəkildə insanlığa qarşı ən ağır cinayət hesab olunur BMT-nin 1948-ci il “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasının 2-ci maddəsinə əsasən, soyqırımın tanınması üçün müəyyən sübut həddi yerinə yetirilməlidir Qorunan qrupu məhv etmək niyyəti sübuta yetirilməlidir Sıxların belə qorunan bir qrup olduğuna şübhə yoxdur. Biz təkcə dini icmanı deyil, həm də etnik və irqi birliyi təmsil edirik”, - deyə Dabinderjit Sinq bildirib


