Tenqri
Ana Səhifə
Dünya

Sibiq: ABŞ olmadan Rusiya ilə sülh əldə edilə bilməz

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa hesab edir ki, Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün sülh səylərində real nəticələr əldə etmək üçün ABŞ-ın iştirakı zəruridir. Nazir bu barədə çərşənbə axşamı Polşa Beynəlxalq Münasibətlər İnstitutunun (PISM) tədbirində bildirib Sibiqa qeyd edib k

0 baxışhaqqin.az
Sibiq: ABŞ olmadan Rusiya ilə sülh əldə edilə bilməz
Paylaş:

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa hesab edir ki, Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün sülh səylərində real nəticələr əldə etmək üçün ABŞ-ın iştirakı zəruridir. Nazir bu barədə çərşənbə axşamı Polşa Beynəlxalq Münasibətlər İnstitutunun (PISM) tədbirində bildirib Sibiqa qeyd edib ki, Ukrayna ABŞ-ın bu prosesdə aparıcı rol almasını gözləyir. O, ABŞ-dan silah alınmasının vacibliyini xatırladıb və Vaşinqtonun sülh prosesindəki səylərini alqışlayıb "Biz onlardan silah alırıq. Ona görə də bu PURL proqramı bizim üçün çox vacibdir, çünki bu, bizim üçün strateji hava hücumundan müdafiə sistemləri və uzaq mənzilli raketlər əldə etməyin yeganə yoludur", - nazir deyib Eyni zamanda o, Amerika tərəfinin iştirakı olmadan sülhün əldə olunmasının mümkünlüyünə inanmadığını vurğulayıb "Bu, mümkün deyil. Bizə onların iştirakı lazımdır, lakin paralel olaraq bizə onların Rusiyaya təsiri və təzyiqi də lazımdır. Düşünürəm ki, bunu etiraf etmək vacibdir", - nazir qeyd edib

Kaynak: haqqin.az

Diğer Haberler