Tenqri
Ana Səhifə
Dünya

İsveç ilk dəfə NATO xarici işlər nazirlərinin toplantısına ev sahibliyi edəcək

İsveç mayın 21-22-də Helsinqborqda NATO xarici işlər nazirlərinin toplantısına ev sahibliyi edəcək və burada NATO-nun Ankarada keçiriləcək sammitinə hazırlıq müzakirə olunacaq Caliber.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat ya

0 baxışcaliber.az
İsveç ilk dəfə NATO xarici işlər nazirlərinin toplantısına ev sahibliyi edəcək
Paylaş:

İsveç mayın 21-22-də Helsinqborqda NATO xarici işlər nazirlərinin toplantısına ev sahibliyi edəcək və burada NATO-nun Ankarada keçiriləcək sammitinə hazırlıq müzakirə olunacaq Caliber.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb "Bu, İsveçin nazirlər səviyyəsində NATO toplantısına ilk dəfə ev sahibliyi edəcək. Alyans üçün yüksək səviyyəli toplantıya ev sahibliyi etmək İsveçin fəal və konstruktiv NATO müttəfiqi olmağa sadiqliyini nümayiş etdirir", - Xarici İşlər Naziri Maria Malmer Stenergaard bildirib İsveç ev sahibi ölkə kimi NATO ilə sıx əməkdaşlıq şəraitində tədbirin praktiki təşkilinə cavabdehdir. Görüşlə əlaqədar Stenerqaard bir sıra ikitərəfli görüşlər və danışıqlar aparacaq "NATO Xarici İşlər Nazirlərinin Yaz Toplantısı NATO-nun iyulda Ankarada keçiriləcək Sammitinə hazırlığın mühüm tərkib hissəsidir. Gözlənilir ki, sammit zamanı NATO-nun ötən il Haaqa sammitində qəbul edilmiş müdafiə xərclərinə dair yeni öhdəliyin icrası, eləcə də Ukraynaya gələcək dəstək müzakirə olunacaq", - Stenerqaard bildirib 200 ildən artıqdır ki, neytrallıq siyasətini davam etdirən İsveç 2024-cü il martın 7-də NATO-ya üzvlüyünə səbəb kimi Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını göstərərək, rəsmi olaraq NATO-ya üzv olub NATO sammiti 2026-cı ilin iyulunda Türkiyənin paytaxtında keçiriləcək

Kaynak: caliber.az

Diğer Haberler