İsveç 13 yaşlıları sınamayacaq
İsveç hökuməti parlamentdə dəstək olmadığı üçün cinayət məsuliyyəti yaşının 15-dən 13-ə endirilməsi ilə bağlı mübahisəli təklifini geri götürüb. Bu barədə SVT məlumat yayıb Ədliyyə naziri Qunnar Stremmer bu təklifin parlamentdə kifayət qədər dəstəklənmədiyini və bunun əvəzinə hökumətin cinayət məsu

İsveç hökuməti parlamentdə dəstək olmadığı üçün cinayət məsuliyyəti yaşının 15-dən 13-ə endirilməsi ilə bağlı mübahisəli təklifini geri götürüb. Bu barədə SVT məlumat yayıb Ədliyyə naziri Qunnar Stremmer bu təklifin parlamentdə kifayət qədər dəstəklənmədiyini və bunun əvəzinə hökumətin cinayət məsuliyyətinin aşağı həddini 14 il müəyyən edən yeni qanunvericilik təqdim edəcəyini bildirib "Biz cinayət məsuliyyəti yaşının 13 deyil, 14 yaşa endirilməsini təklif edirik. Burada biz hətta böyük səs çoxluğu əldə etmək üçün yaxşı imkanların olduğunu görürük və hesab edirəm ki, bu, problemin həlli üçün məsuliyyətli bir yoldur", - nazir bildirib Bazar ertəsi İsveç Riksdaq hökumətin ağır cinayətlərə görə cinayət məsuliyyəti yaşının 15-dən 13-ə endirilməsi ilə bağlı təklifinə səs verməli idi. Dəyişikliklər avqustda qüvvəyə minməli idi


