Şuşa Bəyannaməsi strateji tərəfdaşlıq əlaqələrini tarixi səviyyəyə qaldırdı - Türkiyə səfirliyi
BAKI, Azərbaycan, 15 iyun. Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələrini tarixi mərhələyə qaldırdı Bu barədə Türkiyə səfirliyinin Şuşa Bəyannaməsinin imzalanmasının 5-ci ildönümü ilə bağlı sosial media hesabındakı paylaşımında bildirilib Postda beş il əvvəl Tür

BAKI, Azərbaycan, 15 iyun. Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələrini tarixi mərhələyə qaldırdı Bu barədə Türkiyə səfirliyinin Şuşa Bəyannaməsinin imzalanmasının 5-ci ildönümü ilə bağlı sosial media hesabındakı paylaşımında bildirilib Postda beş il əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Şuşa Bəyannaməsi ilə Azərbaycanla müstəsna qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin yeni və tarixi mərhələyə qədəm qoyduğu vurğulanıb “Biz Şuşa Bəyannaməsində müəyyən edilmiş məqsədlərə və ümumi baxışa əsaslanaraq, Azərbaycanla bütün sahələrdə əməkdaşlığımızı daha da gücləndirmək və inkişaf etdirməkdə qətiyyətlə davam edəcəyik”, - deyə yazıda qeyd olunub Bu gün Azərbaycan və Türkiyə arasında müttəfiqlik əlaqələrini möhkəmləndirən Şuşa Bəyannaməsinin imzalanmasının 5 ili tamam olur Ölkələr arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi iki dövlət arasında qardaşlıq əlaqələrini və strateji tərəfdaşlığı əks etdirən ən mühüm siyasi sənədlərdən biri hesab olunur Bəyannamə regionda sülhün, təhlükəsizliyin və uzunmüddətli əməkdaşlığın təmin edilməsinə yönəlmiş mühüm strateji yol xəritəsinə çevrilib


