Pentaqon rəhbəri Rammstein'a məhəl qoymur
ABŞ-ın müdafiə naziri Pit Heqset Ukrayna Müdafiə Təmas Qrupunun bu həftə keçiriləcək iclasını növbəti dəfə buraxacaq. Bu barədə “Politico” Amerika rəsmilərinə istinadən məlumat yayıb Nəşrin həmsöhbətlərinin fikrincə, ABŞ Ramşteyn görüşünə Müdafiə Nazirliyindən yüksək rütbəli məmuru göndərməyən azs

ABŞ-ın müdafiə naziri Pit Heqset Ukrayna Müdafiə Təmas Qrupunun bu həftə keçiriləcək iclasını növbəti dəfə buraxacaq. Bu barədə “Politico” Amerika rəsmilərinə istinadən məlumat yayıb Nəşrin həmsöhbətlərinin fikrincə, ABŞ Ramşteyn görüşünə Müdafiə Nazirliyindən yüksək rütbəli məmuru göndərməyən azsaylı ölkələrdən biri olacaq. Onlar bildiriblər ki, Heqsetin “son bir ildə bu formatda keçirilən görüşlərdə qeyri-müntəzəm iştirakı ABŞ prezidenti Donald Tramp administrasiyasının prioritetlərinin dəyişdiyini göstərir” Mənbələr jurnalistlərə bildiriblər ki, virtual görüşdə Hegseth əvəzinə Pentaqonun siyasət rəhbəri Elbridge Colby iştirak edəcək. Nəşrin həmsöhbətlərinin fikrincə, Tramp administrasiyası Ukraynaya silah tədarükü ilə bağlı öhdəlikləri öz üzərinə götürmək üçün getdikcə daha çox Avropaya ümid edir Həmçinin NATO qüvvələrinin baş komandanı, amerikalı general Aleksus Qrinkeviç də görüşdə iştirak etməyəcək. Əvəzində onun müavini Britaniya Hərbi Hava Marşalı Conni Stringer və alman general-mayor Ulf Hössler görüşə qatılacaq


