Şavkat Mirziyoyev Donald Trampı Özbəkistana dəvət edib
UzDaily.uz xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Donald Trampı Daşkəndə rəsmi səfərə dəvət edib. Dəvətə səbəb Mirziyoyevin Amerika liderinin doğum günü münasibətilə ona ünvanladığı təbrik mesajı olub Nəşrin məlumatına görə, bu səfər baş tutsa, bu, ABŞ-ın fəaliyyətdə olan prezident

UzDaily.uz xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Donald Trampı Daşkəndə rəsmi səfərə dəvət edib. Dəvətə səbəb Mirziyoyevin Amerika liderinin doğum günü münasibətilə ona ünvanladığı təbrik mesajı olub Nəşrin məlumatına görə, bu səfər baş tutsa, bu, ABŞ-ın fəaliyyətdə olan prezidentinin Özbəkistana tarixdə ilk rəsmi səfəri olacaq. Öz müraciətində Mirziyoyev Trampın “sülh və sabitliyi təmin etmək üçün” beynəlxalq səylərini yüksək qiymətləndirib və həmçinin bildirib ki, Özbəkistan-Amerika münasibətləri artıq “keyfiyyətcə yeni səviyyəyə” yüksəlib Ağ Evin cavab verməyə və dəvəti qəbul etməyə nə dərəcədə hazır olduğu məlum deyil - hələlik Amerika tərəfi dəvəti şərh etməyib


