Tenqri
Ana Səhifə
İqtisadiyyat

Şanxay Əməkdaşlıq Təşkilatı İnkişaf Bankı Azərbaycanın üzvlüyünü qiymətləndirir

BAKI, Azərbaycan, 5 may. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının İnkişaf Bankına mümkün üzvlüyü məsələsinə baxılır, Trend-in Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə Özbəkistanın Səmərqənd şəhərində keçirilən Asiya İnkişaf Bankının (AİB) İllik Toplantısının üçüncü günü çərçivəsində

0 baxıştrend.az
Şanxay Əməkdaşlıq Təşkilatı İnkişaf Bankı Azərbaycanın üzvlüyünü qiymətləndirir
Paylaş:

BAKI, Azərbaycan, 5 may. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının İnkişaf Bankına mümkün üzvlüyü məsələsinə baxılır, Trend-in Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə Özbəkistanın Səmərqənd şəhərində keçirilən Asiya İnkişaf Bankının (AİB) İllik Toplantısının üçüncü günü çərçivəsində maliyyə nazirinin müavini Himalay Məmişovun Çinin Maliyyə Nazirliyinin nümayəndələri ilə görüşündə Azərbaycan və Çin arasında əlaqələrin dinamik inkişafı yüksək qiymətləndirilib, ikitərəfli münasibətlərin siyasi etimada əsaslandığı vurğulanıb, o cümlədən nəqliyyat və enerji sahəsində rəqəmsal transformasiyanın artırılması Görüşdə Azərbaycanın Çin ilə həm ikitərəfli, həm də çoxtərəfli platformalar çərçivəsində, o cümlədən AİB çərçivəsində tərəfdaşlığını daha da gücləndirməkdə maraqlı olduğu qeyd edilib. Eyni zamanda, Azərbaycanın regionda nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsi, davamlı inkişaf və regional inteqrasiya gündəliyinə sadiqliyi bir daha ifadə olunub Bundan başqa, görüşdə Çin şirkətlərinin Azərbaycanın sənaye zonalarında daha fəal iştirakının, istehsal və yaşıl texnologiyalar, rəqəmsal iqtisadiyyat, logistika sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsinin Azərbaycanın strateji maraqlarına cavab verdiyi və bu istiqamətdə tərəfdaşlıq layihələrinin həyata keçirilməsinin vacibliyi vurğulanıb Məmişov Çinin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu diqqətə çatdırıb. O, Azərbaycan ilə Çin arasında iqtisadi-ticarət əməkdaşlığının daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib. Qurum rəsmisi qeyd edib ki, ixracın şaxələndirilməsi və xüsusilə qeyri-neft sektorunda ticarət dövriyyəsinin artırılması qarşılıqlı əlaqələrin inkişafının əsas istiqamətləri sırasındadır Çin tərəfi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı İnkişaf Bankına mümkün üzvlük məsələsinə baxılmasını xahiş edib Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun

Kaynak: trend.az

Diğer Haberler