Seymur Səfərli: Lazer hamarlama texnologiyası suya qənaət və məhsuldarlıq baxımından səmərəlidir
Lazer hamarlama xüsusilə suvarılan taxıl sahələri üçün çox vacibdir. Çünki sahə düzgün hamarlanmadıqda su bir hissədə yığılır, digər hissəyə çatmır. Nəticədə bir yerdə bitki boğulur, başqa yerdə susuz qalır. Lazer hamarlama isə suvarmanın səmərəliliyini artırır və sahənin bütün hissələrində bərabər

Lazer hamarlama xüsusilə suvarılan taxıl sahələri üçün çox vacibdir. Çünki sahə düzgün hamarlanmadıqda su bir hissədə yığılır, digər hissəyə çatmır. Nəticədə bir yerdə bitki boğulur, başqa yerdə susuz qalır. Lazer hamarlama isə suvarmanın səmərəliliyini artırır və sahənin bütün hissələrində bərabər inkişaf üçün şərait yaradır AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Ağdaşda keçirilən regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli deyib “Fermerlərə bu istiqamətdə tövsiyəmiz ondan ibarətdir ki, iri sahələrdə, xüsusilə 5 hektardan yuxarı əkinlərdə lazer hamarlama texnologiyasının tətbiqinə ciddi yanaşsınlar. Bu, ilk mərhələdə xərc kimi görünə bilər, lakin suya qənaət, məhsuldarlıq artımı və torpağın uzunmüddətli qorunması baxımından iqtisadi cəhətdən səmərəli yanaşmadır”, - deyə o əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

2026-cı ildə Atalar Günü hansı gündür? Atalar gününə neçə gün qalıb? Hansı tarixə düşür? Budur təfərrüatlar

Beypazarıda Doruk Maden fəhlələrinin etiraz aksiyasına qatılan mədənçi uşağı: Hər yay atamın haqqı uğrunda mübarizə aparmaqdan bezmişəm | T24
