Seymur Məmmədov: Uşaqlara qadağanın mahiyyəti düzgün izah edilməlidir
Sosial şəbəkələrlə bağlı layihənin həyata keçirilməsində valideynlərin rolu danılmazdır "Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq məsələr üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Seymur Məmmədov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə İnzibati Xətalar Məcəlləsində, "İnformas

Sosial şəbəkələrlə bağlı layihənin həyata keçirilməsində valideynlərin rolu danılmazdır "Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq məsələr üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Seymur Məmmədov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişiklik layihəsinin ictimai müzakirəsində çıxışı zamanı deyib Onun sözlərinə görə, layihədə təklif olunan qadağa barədə uşaqlar düzgün maarifləndirilməlidir: "Uşaqlar belə bir varlıqdır ki, ona biz özümüz ailə mühitində də müəyyən bəzi işlərindən çəkindirmək üçün qadağa tətbiq etdikdə, onlar bundan alternativ yollardan istifadə edirlər. Bizim əsas rolumuz bu işdə ondan ibarətdir ki, uşaqları doğru-düzgün maarifləndirək. Nə qədər ki, onlara bu məlumatın onlara ziyan vuracağı ilə bağlı məsələni düzgün hər tərəfli izah etmiş olsaq, onda onlar bunun mahiyyətini dərk eləyəcəklər. Bu işdə valideynlərin də rolu danılmazdır. Dövlət komitəsi olaraq bizim, vətəndaş cəmiyyətinin, QHT nümayəndələrinin rolu danılmazdır ki, bir yerdə səfərbər olaraq bu işi tətbiq eləsək, yaxşı nailiyyətlər əldə etmiş olarıq" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


