Tenqri
Ana Səhifə
Dünya

Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir

Şimali Koreya BMT-nin sanksiyalarına baxmayaraq ötən il təxminən 1,5 milyon ton kömür ixrac edib AZƏRTAC xəbər verir ki, bu barədə Cənubi Koreya parlamentinin deputatı Yu Yonq-von ölkənin kəşfiyyat orqanının məlumatına istinadla açıqlama yayıb “Şimali Koreya Çin, Rusiya və üçüncü ölkələrdən həm öz

0 baxışazertag.az
Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir
Paylaş:

Şimali Koreya BMT-nin sanksiyalarına baxmayaraq ötən il təxminən 1,5 milyon ton kömür ixrac edib AZƏRTAC xəbər verir ki, bu barədə Cənubi Koreya parlamentinin deputatı Yu Yonq-von ölkənin kəşfiyyat orqanının məlumatına istinadla açıqlama yayıb “Şimali Koreya Çin, Rusiya və üçüncü ölkələrdən həm öz bayrağı, həm də xarici bayraq altında üzən yük gəmilərindən istifadə etməklə BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə tamamilə qadağan edilmiş kömür və dəmir filizi kimi mineralların ixracını davam etdirib, eləcə də emal olunmuş neft məhsullarının qaçaqmalçılığı ilə məşğul olub”, - deyə Yu Yonq-von bildirib Deputat ötən il Şimali Koreyanın Çin və Rusiyadan xam neft idxalının BMT-nin müəyyən etdiyi 500 min barellik həddi 7 dəfə aşdığını deyib Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri Şimali Koreyaya nüvə silahları və ballistik raketlərin inkişafı üçün gəlir əldə etmək məqsədilə istifadə edilə biləcək kömür və digər mineralların ixracını qadağan edir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler