"Sertifikasiya bu boşluqları üzə çıxarmaq və aradan qaldırmaq üçün bir fürsətdir" - Şura katibi
“Bizim məktəblərdə son illər baş verən bəzi hadisələr də göstərir ki, psixoloji xidmət bəzən gecikmiş formada işə düşür. Bu isə onu göstərir ki, sistem daxilində həm metodiki, həm də praktik boşluqlar var. Sertifikasiya bu boşluqları üzə çıxarmaq və aradan qaldırmaq üçün bir fürsət ola bilər” Bunu

“Bizim məktəblərdə son illər baş verən bəzi hadisələr də göstərir ki, psixoloji xidmət bəzən gecikmiş formada işə düşür. Bu isə onu göstərir ki, sistem daxilində həm metodiki, həm də praktik boşluqlar var. Sertifikasiya bu boşluqları üzə çıxarmaq və aradan qaldırmaq üçün bir fürsət ola bilər” Bunu Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib. Katib qeyd edib ki, srtifikasiyaya hazırlaşan mütəxəssis istər-istəməz öz biliklərini yeniləyir, yeni yanaşmaları öyrənir, öz işinə daha tənqidi yanaşmağa başlayır. Bu isə birbaşa olaraq şagirdlərlə iş prosesinə təsir edir: daha düzgün diaqnostika, daha uyğun müdaxilə üsulları və daha etibarlı ünsiyyət qurulur. Şagird də hiss edir ki, qarşısındakı insan sadəcə “dinləyən biri” deyil, həqiqətən kömək edə bilən peşəkardır

