A Seriyasından iki komanda aşağı liqaya düşüb
İtaliya A Seriyasında aşağı liqa zonasında düyün açılmağa başlayıb. Liqanın 35-ci həftəsinin yekunlarından sonra iki komandanın taleyinə aydınlıq gəlib "Piza" evdə "Leççe"yə 2:1 hesabı ilə uduzaraq 18 xalla geridə qalıb və A Seriya ilə riyazi şəkildə vidalaşıb. Qarşılaşmada Leççeyə qələbə qazandır

İtaliya A Seriyasında aşağı liqa zonasında düyün açılmağa başlayıb. Liqanın 35-ci həftəsinin yekunlarından sonra iki komandanın taleyinə aydınlıq gəlib "Piza" evdə "Leççe"yə 2:1 hesabı ilə uduzaraq 18 xalla geridə qalıb və A Seriya ilə riyazi şəkildə vidalaşıb. Qarşılaşmada Leççeyə qələbə qazandıran qollar Banda və Çeddiradan gəlsə də, Leris Pizanın yeganə qoluna imza atıb Aşağı pillələrdə qərarlaşan "Hellas Verona"nın turnir cədvəlinə görə liqada qalmaq şansı yoxdur və B Seriyasına düşməsi dəqiqdir Bu qələbə ilə xallarını 32-yə yüksəldən Leççe liqada qalmaqda ciddi üstünlük əldə edib. Matçda İsak Vural Pizada ilk 11-də, Viktor Nelsson isə Veronada iştirak edib


