Tenqri
Ana Səhifə
Dünya

Serbiya Balkanlarda əsas qaz tranzit mərkəzinə çevrilməyi hədəfləyir

Serbiya regional enerji arxitekturasındakı rolunu gücləndirməyi və Balkanlarda əsas qaz tranzit mərkəzlərindən birinə çevrilməyi planlaşdırır "Report"un Serbiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç-Handanoviç Afinada keçirilən Ener

0 baxışreport.az
Serbiya Balkanlarda əsas qaz tranzit mərkəzinə çevrilməyi hədəfləyir
Paylaş:

Serbiya regional enerji arxitekturasındakı rolunu gücləndirməyi və Balkanlarda əsas qaz tranzit mərkəzlərindən birinə çevrilməyi planlaşdırır "Report"un Serbiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç-Handanoviç Afinada keçirilən Enerji Keçidi Sammitində bildirib Onun sözlərinə görə, Belqrad milli qaz nəqli sisteminin imkanlarını genişləndirmək və regionun Avropa enerji bazarları ilə infrastruktur əlaqəsini gücləndirmək niyyətindədir Nazir qeyd edib ki, Balkan yarımadasının qaz və elektrik enerjisi sektorlarında Avropa ilə daha sıx inteqrasiyaya ehtiyacı var. O, buna nail olmaq üçün regionun enerji təhlükəsizliyini yaxşılaşdırmaq üçün yeni investisiyalara və infrastruktur layihələrinə ehtiyac olduğunu vurğulayıb Djedoviç-Handanoviç bildirib ki, Serbiya artıq Şimali Makedoniya və Yunanıstanla qaz birləşdirici layihəsi həyata keçirir. Bundan əlavə, ölkə qaz infrastrukturunun inkişafına və ərazisindən keçən regional marşrutların tutumunun artırılmasına 1,2 milyard avro ayırmağı planlaşdırır Belqradın məqsədi Serbiya vasitəsilə qaz tranzitinin həcmini ildə 20-25 milyard kubmetrə çatdırmaqdır. Serbiyanın Baş naziri Djuro Matsut bir müddət əvvəl bildirib ki, ölkə yaxın illərdə enerji təchizatı mənbələrini şaxələndirmək niyyətindədir və Şaquli Qaz Dəhlizi layihəsinə qoşula bilər Bu layihə Yunanıstandan Mərkəzi və Şərqi Avropa ölkələrinə mayeləşdirilmiş təbii qaz tədarükü üçün marşrutun yaradılmasını nəzərdə tutur. 2025-ci ilin yanvar ayında Ukrayna üzərindən Rusiya qazının tranzitinin dayandırılmasından sonra bu, region üçün alternativ enerji təchizatı marşrutlarından biri kimi qəbul edilir Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler