Serbiya prezidenti Azərbaycanın biznes nümayəndələri ilə görüşüb (FOTO)
BAKI, Azərbaycan, 17 may. Mayın 17-də Serbiya Prezidenti Aleksandr Vuçiç Bakıda Azərbaycanın işgüzar dairələrinin nümayəndələri ilə görüşüb Tədbir Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Serbiya Respublikasının Maliyyə Nazirliyi və Serbiyanın İnkişaf Agentliyinin dəstəyi ilə İxracın və İnves

BAKI, Azərbaycan, 17 may. Mayın 17-də Serbiya Prezidenti Aleksandr Vuçiç Bakıda Azərbaycanın işgüzar dairələrinin nümayəndələri ilə görüşüb Tədbir Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Serbiya Respublikasının Maliyyə Nazirliyi və Serbiyanın İnkişaf Agentliyinin dəstəyi ilə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) tərəfindən təşkil olunub. Görüşdə rəsmi şəxslər, yerli biznes, şirkət və assosiasiyaların nümayəndələri iştirak ediblər Görüşdə Azərbaycan-Serbiya iqtisadi əməkdaşlığının genişləndirilməsi, ticarət və investisiya əlaqələrinin inkişafı ilə bağlı məsələlər, iki ölkənin işgüzar dairələri arasında tərəfdaşlıq üçün yeni imkanlar müzakirə edilib İclasda çıxış edən Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Sahil Babayev iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını, güclü siyasi iradə və dövlət başçıları arasında dialoq əsasında dinamik şəkildə inkişaf etdiyini qeyd edib Nazir vurğulayıb ki, 2024-cü ilin yanvarında Azərbaycan təbii qazının Serbiyaya ixracına başlanması, o cümlədən Niş şəhərində birgə qaz elektrik stansiyası layihəsinin həyata keçirilməsi enerji sahəsində əməkdaşlığın konkret praktiki nəticələrin verilməsi mərhələsinə keçdiyini göstərir Sahil Babayev həmçinin qeyd edib ki, Azərbaycan-Serbiya iqtisadi əməkdaşlığı enerji sektorundan kənara çıxır. O, ölkələr arasında qarşılıqlı etimad və yüksək səviyyəli siyasi dialoqun infrastruktur, tikinti, nəqliyyat, kənd təsərrüfatı, turizm, investisiya kimi sahələrdə əməkdaşlıq üçün geniş və real imkanlar yaratdığını bildirib Vurğulanıb ki, əlverişli investisiya mühiti, makroiqtisadi sabitlik, strateji coğrafi mövqe, müasir nəqliyyat və enerji infrastrukturu sayəsində Azərbaycan regionda mühüm ticarət və investisiya qovşağı kimi mövqeyini daha da möhkəmləndirir Babayev bildirib ki, AzVirt tərəfindən Serbiyada həyata keçirilən iri infrastruktur layihələri Azərbaycan şirkətlərinin beynəlxalq bazarlarda artan iştirakının bariz nümunəsidir. Həmçinin qeyd olunub ki, hazırda SOCAR ilə əməkdaşlıq imkanları, o cümlədən yaşıl enerji, infrastruktur və sənayenin inkişafı sahələrində birgə layihələr müzakirə olunur Nazir əlavə edib ki, turizm iki ölkə arasında yeni əməkdaşlıq sahəsi kimi formalaşır və Serbiya tərəfinin bu sektorda Azərbaycan şirkətləri ilə birgə layihələrə maraq göstərməsi praktiki əməkdaşlıq imkanlarını daha da genişləndirir Azərbaycanın maliyyə naziri həmçinin iki ölkənin işgüzar dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. O, Azərbaycan şirkətlərinin Serbiyaya biznes missiyasının təşkili və yeni layihə imkanlarının müəyyənləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib Görüşdə çıxış edən Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlığın inkişafından məmnunluğunu ifadə edib. Prezident iki ölkənin işgüzar dairələri arasında birbaşa təmasların gücləndirilməsinin, qarşılıqlı sərmayə qoyuluşunun təşviqinin, konkret layihələr üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb Bildirilib ki, Azərbaycan şirkətlərinin Serbiya bazarında fəaliyyəti gələcək iqtisadi tərəfdaşlıq üçün mühüm imkanlar yaradır Serbiya Prezidenti Bakı ilə Belqrad arasında birbaşa aviareysin açılmasının iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyini bildirib. O, turizm sahəsində əməkdaşlığın genişləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini, bu sahədə Azərbaycan və Serbiyanın turizm şirkətləri arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb Aleksandr Vuçiç enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini də vurğulayıb. O qeyd edib ki, Azərbaycan Dövlət Neft Şirkəti ilə Serbiagas arasında yeni qazla işləyən elektrik stansiyasının tikintisi üzrə əməkdaşlıq perspektivləri araşdırılır Serbiya Prezidenti Azərbaycanın biznes nümayəndələrini Serbiyada yeni investisiya imkanlarını araşdırmağa dəvət edib. O, pərakəndə satış, spa və dağ-kurort turizmi, kənd təsərrüfatı məhsulları sahəsində əməkdaşlıq üçün geniş potensialı xüsusilə qeyd edib Serbiyanın baş nazirinin birinci müavini və maliyyə naziri Sinisa Mali çıxış edib ölkəsinin investisiya mühiti, iqtisadi inkişaf prioritetləri, Azərbaycanla əməkdaşlığın genişləndirilməsi imkanları haqqında. O, qarşılıqlı maraq doğuran sahələrdə biznes təşəbbüslərinin dəstəklənməsinin vacibliyini vurğulayıb Serbiya İnkişaf Agentliyinin Strateji İnvestisiyalar Departamentinin direktoru Vladimir Tomiç Serbiyada xarici investorlar üçün mövcud dəstək mexanizmləri haqqında məlumat təqdim edib. Bildirilib ki, Serbiya bazarı Azərbaycan şirkətlərinə müxtəlif sahələrdə əməkdaşlıq etmək üçün yeni imkanlar təklif edir Tədbirdə şirkət və assosiasiyaların təqdimatları olub. İştirakçılar öz fəaliyyət sahələri, ixrac və investisiya potensialı, Serbiya tərəfi ilə potensial əməkdaşlıq sahələri haqqında məlumat təqdim ediblər Görüş Azərbaycan və Serbiya arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi, işgüzar dairələr arasında praktiki əməkdaşlığın stimullaşdırılması, qarşılıqlı faydalı layihələrin müəyyənləşdirilməsi üçün mühüm platforma hesab edilib


