Serbiya Azərbaycanı əsl dost ölkə hesab edir - Aleksandr Vuçiç
BAKI, Azərbaycan, 17 may. Serbiya Prezidenti Aleksandr Vuçiç Bakıya səfəri çərçivəsində Azərbaycanın işgüzar dairələrinin nümayəndələri ilə işgüzar görüşü zamanı Serbiyanın Azərbaycanı əsl dost ölkə hesab etdiyini bildirib Serbiya Prezidenti iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişaf

BAKI, Azərbaycan, 17 may. Serbiya Prezidenti Aleksandr Vuçiç Bakıya səfəri çərçivəsində Azərbaycanın işgüzar dairələrinin nümayəndələri ilə işgüzar görüşü zamanı Serbiyanın Azərbaycanı əsl dost ölkə hesab etdiyini bildirib Serbiya Prezidenti iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişaf etdiyini qeyd edərək, Azərbaycan Prezidenti İlham Əliyev ilə ötən gün keçirdiyi görüşün məhsuldar keçdiyini və əməkdaşlığın yeni istiqamətlərinin müzakirə olunduğunu vurğulayıb O, Bakı ilə Belqrad arasında birbaşa aviareysin açılmasının ikitərəfli əlaqələri xeyli gücləndirdiyini vurğulayıb. O, həmçinin turizm sahəsində əməkdaşlığın genişləndirilməsinin və Azərbaycan və Serbiya turizm şirkətləri arasında əlaqələrin artırılmasının vacibliyini vurğulayıb Aleksandr Vuçiç pərakəndə ticarət, spa və dağ turizmi, kənd təsərrüfatı məhsulları sahəsində güclü potensialı qeyd edərək, Azərbaycan biznes nümayəndələrini Serbiyada yeni investisiya imkanlarını araşdırmağa çağırıb


