Serap Bozpolat Ayan: Azərbaycan tarixdə olduğu kimi, bu gün də sülhə açıq mövqe nümayiş etdirir
cı illərdə baş verən hadisələr keçmiş Ermənistan-Azərbaycan münaqişəsi kimi tanıdığımız prosesin yalnız yaxın tarixlə məhdudlaşmadığını, daha dərin köklərə sahib olduğunu göstərən mühüm mərhələlərdən biridir. Həmin dövrdə Qafqazda müxtəlif etnik və dini icmalar arasında uzun illər mövcud olmuş birgə

cı illərdə baş verən hadisələr keçmiş Ermənistan-Azərbaycan münaqişəsi kimi tanıdığımız prosesin yalnız yaxın tarixlə məhdudlaşmadığını, daha dərin köklərə sahib olduğunu göstərən mühüm mərhələlərdən biridir. Həmin dövrdə Qafqazda müxtəlif etnik və dini icmalar arasında uzun illər mövcud olmuş birgəyaşayış ənənəsi zəifləməyə başlamış, siyasi rəqabət və təhlükəsizlik narahatlıqları cəmiyyətlərarası münasibətləri kəskin şəkildə dəyişdirmişdir. Xüsusilə çar Rusiyasının bölgədə tətbiq etdiyi inzibati və siyasi idarəçilik sistemi yerli qüvvələr arasında rəqabəti daha da dərinləşdirmişdir. Rusiya bir tərəfdən bölgədəki nüfuzunu qorumaq üçün fərqli etnik və dini qruplar arasında gərginliyi artırır, digər tərəfdən isə bu münaqişələrə müdaxilə edərək vasitəçi rolunda çıxış edirdi. Bu dövrdən etibarən sonrakı mərhələlərə qədər baş verən hadisələrdə müxtəlif xarici və daxili təsirlərin rolu olub, toqquşmaların başlanğıcında erməni tərəfinin hərəkətləri, buna cavab olaraq isə türklərin özlərini müdafiə etməsi mühüm amillərdən biridir. Hər qarşıdurmadan sonra tərəflər arasında danışıqlar aparılıb, qarşılıqlı vədlər verilib və razılaşmalar əldə olunub. Lakin bu razılaşmaların davamlı olmadığı, tez-tez pozulduğu müşahidə edilib. Nəticədə hər bir münaqişə bölgədə dərin izlər buraxıb, qan, göz yaşı və qorxu ilə yadda qalıb Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Sivas Cümhuriyyət Universitetinin tarix elmləri doktoru Serap Bozpolat Ayan bildirib O bildirib ki, bu gün geriyə nəzər saldıqda, cı illər hadisələrinin ortaya qoyduğu ən mühüm həqiqət münaqişələrin birdən-birə və ya tək bir səbəbdən yaranmadığıdır. Həmin hadisələr cəmiyyətlərin yaddaşında dərin izlər buraxan qarşılıqlı travmalar formalaşdırıb, bu travmalar isə sonrakı nəsillərə ötürülərək inamsızlıq mühiti yaradıb. Bu baxımdan, bugünkü ixtilafları yalnız siyasi sərhədlər və ya diplomatik sənədlər çərçivəsində deyil, həm də tarixi yaddaş və ictimai psixologiya prizmasından dəyərləndirmək vacibdir. Belə tarixi təcrübələr qalıcı sülhün qurulması üçün xüsusi əhəmiyyət daşıyır. Çünki onlar təkcə münaqişələrin necə başladığını deyil, daha önəmlisi, necə uzunmüddətli və davamlı xarakter aldığını göstərir Elmlər doktorunun sözlərinə görə, əsas məsələ və hədəf artıq qalıcı münaqişədən qalıcı sülhə keçidi təmin etməkdir. Sülh proseslərinin uğuru isə çox vaxt yalnız siyasi razılaşmalardan deyil, cəmiyyətlər arasında etimadı yenidən quracaq mexanizmlərin yaradılmasından asılıdır. cı illər kimi tarixi dövrlər nifrət dili, şayiələr, qarşılıqlı qorxular və siyasi manipulyasiyaların necə sürətlə zorakılığa çevrilə bildiyini açıq şəkildə nümayiş etdirir. Bu isə müasir dövrdə sülh quruculuğunda mədəni dialoq, təhsil, ortaq tarix araşdırmaları və mülki cəmiyyətin prosesə cəlb olunmasının nə qədər vacib olduğunu bir daha xatırladır Serap Bozpolat Ayan qeyd edib ki, cı illər hadisələrinin öyrənilməsi keçmişi yenidən mübahisə mövzusuna çevirmək üçün deyil, münaqişələrin kəskinləşdiyi həssas nöqtələri düzgün müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Tarix sülhə birbaşa zəmanət verməsə də, onun hansı şərtlər daxilində mümkün ola biləcəyini daha real şəkildə anlamağa kömək edir. Bu səbəbdən keçmiş hadisələrə istinad edərkən onları “ittiham dili” ilə deyil, ortaq gələcəyin qurulması üçün dərs çıxarma perspektivi ilə dəyərləndirmək vacibdir “Azərbaycan tarixdə olduğu kimi, bu gün də sülhə açıq mövqe nümayiş etdirir və Ermənistan ərazisinə qarşı hər hansı ərazi iddiası irəli sürmür. Bütün yaşanan ağrı-acılara baxmayaraq, nifrət dilindən uzaq durmağa və sülhün təmin olunaraq davamlı xarakter almasına çalışır. Bununla yanaşı, rəsmi Bakı tərəfindən hər zaman vurğulanıb ki, qalıcı sülhün mümkün olması üçün Ermənistanın da eyni həssaslığı göstərməsi vacibdir. Bu çərçivədə ölkənin konstitusiyasında yer alan Türkiyə və Azərbaycan əleyhinə müddəaların aradan qaldırılması, eləcə də nifrət ritorikasından imtina edilməsi zəruri hesab olunur”, - deyən tarix elmləri doktoru hesab edir ki, regionda təmin olunacaq davamlı sülh yalnız Azərbaycan və Türkiyə üçün deyil, eyni zamanda, Ermənistanın özü üçün də ən böyük faydanı təmin edəcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


