SEPAH Yaxın Şərqdəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb
İran İslam Keşikçiləri Korpusu (SEPAH) son raket zərbələrinə cavab olaraq səhər saatlarında Amerika Birləşmiş Ştatlarının (ABŞ) Yaxın Şərqdəki bir neçə mövqeyinə zərbə endirdiyini bildirib AZƏRTAC “əl-Ərəbiyyə”yə istinadla bildirir ki, Bəhreyn Daxili İşlər Nazirliyi raket zərbələrinə cavab olaraq h

İran İslam Keşikçiləri Korpusu (SEPAH) son raket zərbələrinə cavab olaraq səhər saatlarında Amerika Birləşmiş Ştatlarının (ABŞ) Yaxın Şərqdəki bir neçə mövqeyinə zərbə endirdiyini bildirib AZƏRTAC “əl-Ərəbiyyə”yə istinadla bildirir ki, Bəhreyn Daxili İşlər Nazirliyi raket zərbələrinə cavab olaraq həyəcan siqnallarını işə salıb. İran bu ölkədəki Amerikanın beşinci donanmasının hədəflərinə zərbə endirdiyini açıqlayıb Küveyt ordusu isə ölkə səmasında hava hədəflərini zərərsizləşdirdiyini bildirib və hava sahəsini müvəqqəti bağlayıb İordaniyadakı ABŞ səfirliyi bir neçə PUA və raketin ölkənin hava sahəsinə daxil olduğunu bildirərək xəbərdarlıq edib. SEPAH da ABŞ-nin İordaniyadakı komanda mərkəzinə raketlərlə zərbə endirdiyini açıqlayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


