Tenqri
Ana Səhifə
Dünya

Senat Trampa və Kubaya “uduzdu” - FOTO

ABŞ Konqresinin yuxarı palatası (Senat) ABŞ administrasiyasının qanunvericilik icazəsi olmadan Kubaya qarşı hərbi güc tətbiq etməsinin qadağan edilməsini tələb edən qətnamənin müzakirəyə çıxarılması təklifini bloklayıb Demokratlar Partiyasının indiki Amerika administrasiyasının müxalif nümayəndələ

0 baxışhaqqin.az
Senat Trampa və Kubaya “uduzdu” - FOTO
Paylaş:

ABŞ Konqresinin yuxarı palatası (Senat) ABŞ administrasiyasının qanunvericilik icazəsi olmadan Kubaya qarşı hərbi güc tətbiq etməsinin qadağan edilməsini tələb edən qətnamənin müzakirəyə çıxarılması təklifini bloklayıb Demokratlar Partiyasının indiki Amerika administrasiyasının müxalif nümayəndələri qətnaməni sürətləndirilmiş prosedura uyğun olaraq Senata baxılmaq üçün təqdim etməyə çalışsalar da, bu təşəbbüsün qarşısı alınıb. 47 senator onun lehinə, 51 senator isə əleyhinə çıxış edib Son aylarda demokratlar administrasiyanın hərbi gücdən istifadəsini məhdudlaşdırmaq üçün dəfələrlə Konqresə qətnamələr təqdim ediblər. Həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluğa malik olan respublikaçılar dövlət başçısını dəstəkləyib və opponentlərin qanunvericilik təşəbbüslərini əngəlləyiblər ABŞ Konstitusiyası müharibə elan etmək səlahiyyətini prezidentə deyil, Konqresə verir. Buna baxmayaraq, son onilliklərdə Amerika liderləri qanunvericilər tərəfindən xaricdə hərbi gücdən istifadə etmək, o cümlədən faktiki olaraq yeni əməliyyatlara başlamaq üçün onlara verilən icazəni çox geniş şərh etdilər. Konqresin bir neçə üzvü dövlət başçısını yalnız hakimiyyətin qanunverici orqanının icazəsi ilə hərbi güc tətbiq etməyə məcbur edən qətnamələr qəbul edib. Lakin bu sənədlərin heç biri hələ qəbul edilməyib

Kaynak: haqqin.az

Diğer Haberler