Seçmə mərhələ: Futzal üzrə Azərbaycan millisinin püşkatmadakı səbəti bəlli olub
İyunun 19-da futzal üzrə 2028-ci il dünya çempionatının Avropa zonası üzrə əsas seçmə mərhələsinin püşkü atılacaq Azərbaycan Futzal Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 36 komanda hər birində 12 milli olmaqla, 3 səbətə bölünüb. Püşkdən sonra hər qrupda 3 komanda yer alacaq və onlar ev

İyunun 19-da futzal üzrə 2028-ci il dünya çempionatının Avropa zonası üzrə əsas seçmə mərhələsinin püşkü atılacaq Azərbaycan Futzal Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 36 komanda hər birində 12 milli olmaqla, 3 səbətə bölünüb. Püşkdən sonra hər qrupda 3 komanda yer alacaq və onlar ev-səfər prinsipi ilə qarşılaşacaqlar. Azərbaycan seçməsi 2-ci səbətdə yer alıb. Bu mərhələdə komandanın rəqibləri arasında Macarıstan, Belarus, Gürcüstan, Belçika, Slovakiya, Finlandiya, Serbiya, Rumıniya, Bosniya və Herseqovina, Moldova, və Almaniya yığmaları olmayacaq 12 qrup qalibi və ən yaxşı göstəriciyə malik 4 “ikinci” elit raunda birbaşa vəsiqə əldə edəcək. Qalan 8 qrup ikincisi pley-off oyununda iştirak edəcək və qalib gələn 4 milli elit raunda vəsiqə qazanacaq UEFA İcraiyyə Komitəsinin qərarı ilə 1-ci səbətdə yer alan Ermənistan Azərbaycanla rəqib ola bilməz. Rusiya yığması ilə bağlı cəza sanksiyası isə davam edir Portuqaliya, İspaniya, Qazaxıstan, Ukrayna, Fransa, Xorvatiya, İtaliya, Ermənistan, Sloveniya, Çexiya, Polşa, Niderland Macarıstan, Belarus, Gürcüstan, Belçika, Slovakiya, Finlandiya, Serbiya, Rumıniya, Bosniya və Herseqovina, Moldova, Almaniya, Azərbaycan Latviya, İsveç, Şimali Makedoniya, Kosova, Andorra, Monteneqro, Norveç, Litva, Danimarka, Albaniya, Estoniya, Şimali İrlandiya Pley-off oyunlarının keçirilmə tarixi: 12-21 aprel 2027 Elit-raund pley-off oyunlarının püşkatması: 20 yanvar 2028 Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


