Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub
Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti görüşünə çıxıb AZƏRTAC xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan yığma Macarıstanı qəbul edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan qarşılaşma rəqibin 2:1 hesablı qələbə

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti görüşünə çıxıb AZƏRTAC xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan yığma Macarıstanı qəbul edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb Yığmanın heyətində yeganə qolu Xanım Əsədova vurub Komanda bunadək Andorranı (3:1 2:0) və Şimali Makedoniyanı (2:0) məğlub edib, səfərdə isə Macarıstana uduzub – 0:1 Azərbaycan millisi 5 oyundan sonra 9 xalla qrupda ikinci pillədə qərarlaşıb. Macarıstan yığması isə 13 xalla turnir cədvəlinə başçılıq edir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


