Daşqınların vurduğu ABŞ-da qorxulu anlar! Avtobusdan enərkən cərəyana ilişib
ABŞ-ın Nyu-York şəhərində güclü yağış və daşqınlar həyata mənfi təsir edib. Başda Kvins və Bruklin olmaqla bir çox bölgədə yollar göllərə çevrilib, nəqliyyat vasitələri su altında qalıb, metro və avtobusların hərəkətində ciddi aksamalar yaşanıb. Rəsmilər bəzi bölgələrə bir saat ərzində təxminən 5 sa

ABŞ-ın Nyu-York şəhərində güclü yağış və daşqınlar həyata mənfi təsir edib. Başda Kvins və Bruklin olmaqla bir çox bölgədə yollar göllərə çevrilib, nəqliyyat vasitələri su altında qalıb, metro və avtobusların hərəkətində ciddi aksamalar yaşanıb. Rəsmilər bəzi bölgələrə bir saat ərzində təxminən 5 santimetr yağış yağdığını açıqladı Sosial mediada yayılan görüntülərdə sel sularından xilas olmaq istəyən qadının avtobusdan düşdüyü, lakin qısa müddətdə diz səviyyəsinə çatan suda sıxıldığı görülüb. Qadının yeriməkdə çətinlik çəkdiyi anlar ətrafdakı vətəndaşlar tərəfindən mobil telefon kamerası ilə lentə alınıb Görüntülər qısa müddətdə viral olsa da, Nyu Yorkdakı sel fəlakətinin miqyasını bir daha ortaya qoydu Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bəzi sürücülər xilas olmaq üçün maşınlarında gözləyiblər. Bəzi yeraltı keçidlər daşqın səbəbindən bağlansa da, F və J metro xəttlərində xidmətlər dayandırılıb. Daşqınlar səbəbindən şəhərin bir çox yolları bağlanıb Nyu York Fövqəladə Hallar İdarəsi qrupları vətəndaşlara "sel sularına girməyin" xəbərdarlığı edərkən, alçaq ərazilərdə yaşayanlardan daha yüksək nöqtələrə keçmələri istəndi


