Paşinyan necə qalib gəldi? - Seçkinin diqqətçəkən detalı üzə çıxdı
Ermənistanda parlament seçkilərində müxalif qüvvələrin səylərinə baxmayaraq, seçki baryerini keçə bilməyən partiyalar faktiki olaraq baş nazir Nikol Paşinyanın və onun rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının qələbəsinə şərait yaradıb Publika.az xəbər verir ki, bunu rusiyalı jurnalistlər

Ermənistanda parlament seçkilərində müxalif qüvvələrin səylərinə baxmayaraq, seçki baryerini keçə bilməyən partiyalar faktiki olaraq baş nazir Nikol Paşinyanın və onun rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının qələbəsinə şərait yaradıb Publika.az xəbər verir ki, bunu rusiyalı jurnalistlərə açıqlamasında erməni politoloq Karen İqityan deyib Onun sözlərinə görə, Ermənistan qanunvericiliyinə əsasən partiyalar üçün seçki baryeri 4 faiz təşkil edir. Bu həddi 15 siyasi partiya keçə bilməyib və onların topladığı səslər parlamentə düşən qüvvələr arasında proporsional şəkildə bölüşdürüləcək “Parlamentə düşə bilməyən 15 siyasi qüvvə seçici səslərinin parçalanmasına səbəb oldu. Nəticədə həmin səslər faktiki olaraq Nikol Paşinyanın qələbəsinə kömək etdi”, - deyə politoloq bildirib Karen İqityan əlavə edib ki, əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə əsas müxalif qüvvələr bir-biri ilə mübarizə aparmaq əvəzinə fərqli seçici qrupları ilə işləməyə çalışıblar. Onun fikrincə, müxalifət birlikdə səslərin yarıdan çoxunu toplaya bilsəydi, parlamentdə yeni koalisiyanın formalaşması mümkün olardı Qeyd edək ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının yekun nəticələrinə əsasən, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası 49,81 faiz səslə seçkilərin qalibi olub İkinci yeri rusiyalı oliqarx Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyası 23,29 faiz səslə tutub. Keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku isə 9,94 faiz səslə üçüncü olub Tbilisidən Avropaya irad: İrəvanda baş verənlərə niyə susursunuz? Ermənistanın büdcəsi 2,9 trilyon drama çatdı - Paşinyan “ikiqat artım”dan danışdı Ermənistan KTMT-yə üzvlük haqqını yenə də ödəmədi Ermənistan Aİ-yə etibar edə bilər - Fon der Lyeyen Paşinyanı təbrik etdi "Üçbaşlı müharibə partiyası” məğlub oldu: Paşinyan kabineti təkbaşına formalaşdıracaq Rusiyanın Ermənistana “sürpriz”i var: Türkiyə ilə əvəz edəcək Keçid balları düşəcək? Dünyada tanınan azərbaycanlıların siyahısı açıqlandı: Bizim Xalq artisti də var - FOTO Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər Azərbaycanda vəzifəli şəxs vəfat etdi Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq "Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu
