Sea Breeze Azərbaycanın əsas vizit kartlarından birinə çevriləcək - satış direktoru
BAKI, Azərbaycan, 16 iyun. "Sea Breeze" gələcəkdə Azərbaycanın əsas vizit kartlarından birinə çevriləcək. Trend-in məlumatına görə, bunu "Sea Breeze Resort"un satış direktoru və kommersiya üzrə direktor müavini Ena-Kameliya Məlikova İslam İnkişaf Bankının (İİB) İllik Toplantısı çərçivəsində keçirilə
BAKI, Azərbaycan, 16 iyun. "Sea Breeze" gələcəkdə Azərbaycanın əsas vizit kartlarından birinə çevriləcək. Trend-in məlumatına görə, bunu "Sea Breeze Resort"un satış direktoru və kommersiya üzrə direktor müavini Ena-Kameliya Məlikova İslam İnkişaf Bankının (İİB) İllik Toplantısı çərçivəsində keçirilən "Azərbaycan İnvestisiyalarına Baxış Sessiyası" adlı tədbirdə deyib Məlikova qeyd edib ki, “Sea Breeze” layihəsinin əsas fəlsəfəsi təkcə yaşayış binaları deyil, bütöv bir ekosistemin və həyat tərzinin formalaşdırılmasıdır "Biz təkcə binalar tikmirik, biz bütöv bir ekosistem yaradırıq. "Sea Breeze" hazırda Azərbaycanın daşınmaz əmlak və turizm sektorunda ən böyük layihələrdən biridir", - o qeyd edib Onun sözlərinə görə, layihənin əsas məqsədi ərazini təkcə mövsümi deyil, ilin 365 günü yaşayan aktiv mərkəzə çevirməkdir "Bunun üçün biz sosial infrastruktura, əyləncə, idman, ictimai iaşə, tibb müəssisələrinə böyük sərmayələr yatırırıq. Beynəlxalq standartlara uyğun məktəblər, uşaq bağçaları və poliklinikalar tikilir ki, burada yaşayan insanların bütün əsas ehtiyacları yerindəcə ödənilsin" Direktor layihənin xarici investorların cəlb edilməsi baxımından da böyük maraq doğurduğunu vurğulayıb "Hazırda layihəmizdə Rusiya, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və Avropadan investorlar və mənzil alıcıları var. Bu maraq həm brend rezidensiya anlayışı, həm də göstərdiyimiz yüksək xidmət keyfiyyəti ilə bağlıdır", - o qeyd edib Onun sözlərinə görə, xarici investorlar üçün viza və qeydiyyat prosedurlarının sadələşdirilməsi, eləcə də idarəetmə şirkəti tərəfindən mənzil kirayəsi xidmətlərinin təşkili layihənin investisiya cəlbediciliyini artırır Məlikova əlavə edib ki, “Sea Breeze” layihəsinin gələcək inkişaf planları daha genişdir "Biz yeni sahil zolağının genişləndirilməsi, layihəyə yeni otel brendlərinin cəlb edilməsi və ticarət sahələrinin artırılması üzərində işləyirik. İnanırıq ki, Sea Breeze gələcəkdə Azərbaycanın əsas vizit kartlarından birinə çevriləcək", - o vurğulayıb


